Zəngulənin yaşıdı... MƏHƏBBƏT!

Zəngulənin yaşıdı... MƏHƏBBƏT!

 

ANIM 

Səsin qalibiyyət gücü

Azərbaycan XALQININ SƏNƏTKAR OĞLU

 1990-cı illərdən tanıdığımız Məhəbbət Kazımov haqqında SÖZ demək çətindi. XX əsrin axar-baxarından boy verən ünlü sənətçi XXI əsrin QIZIL FONDUNDA əbədiyaşarlıq statusu qazandı. Təbiətin, türkün möcüzəsinə çevrilən zənguləsi ilə...

Çiçəyin-otun, ağacın-yarpağın, yağışın-suyun, torpağın-daşın, dağın-sıldırım qayaların səsidi MƏHƏBBƏTİN SƏSİ. Kişi görüntüsü, saçının düzümü, sıx kipriklərinin qoruduğu qara gözlərinin sancıldığı hədəf də LAÇIN haqqında lütf israr edirdi... O duruş, o baxış, o məğrurluq Tanrının lütfilə yaradılandı, uluların zəngulə ruhunun ötürücü möcüzəsinin - qılınc gücü, saz ruhu, qaya əzəməti, keçilməz yolları aşan at hərəkətidi MƏHƏBBƏTİN SƏSİ...

Məhəbbətin zənguləsi zamanları aşdı, dünyanın türk toplumlarını fəth etdi! Zəngulənin bir erası da Məhəbbətin SƏS ÖMRÜNDƏ yaşadı, çağladı. 

 

Düşüncələr:

Mənə nə deyirsiniz deyin! Məhəbbət ardıcıl olaraq işğala, ədalətsiz müharibəyə... qarşı mübarizə aparırdı. Dünyanın demək olar ki, yarısını gəzmiş, dinindən, irqindən asılı olmayaraq əcnəbi xalqların qarşısında... əzəmətli salonlarında konsert proqramı ilə çıxış edib, necə deyərlər - canı-dildən, şövqlə oxuyub.

Qarabağın bel kəməri Laçın haqqında, Şuşa Qalası haqqında SƏSİNİN QAYA gücü ilə haraylayıb, hayqırıb. İşğala, müharibəyə qarşı fəal mübarizə aparıb. Daşnak ermənilərin xeyrinə quduzcasına təbliğat aparanları ifşa edib. Türkün səsinin ZƏNGULƏSİNİ vurduqca, qarşısındakı mikrofonu geri itələyib.

Zəngulə güclü nida ilə yüksəldikcə, Məhəbbətin səsi nizəyə, oxa, gülləyə, top mərmisinə çevrilib daşnak təbliğatını darmadağın dağıdıb, yerlə-yeksan edirdi. Məhəbbət əslində ÖZÜNÜ oxuyurdu.

Dağ köksü yaralı,

Qarabağ havalı.

Neynir dünyanın malın,

Qızıl nəhrli Laçının.

Həsrətidir, hicranıdır,

Hamımızın baş tacıdır...

N.Asena

 Zənguləsi Təbrizdə, Kərkükdə, Dərbənddə gözləndi, səsləndi MƏHƏBBƏTİN. Kefi sazlara "Kefin qarmondu, tardımı?” - sualın vermədi. Ürəyinin şirəsini, qara gözlərinin işığını, varını-yoxunu bəxş etdi. Qasırğalar önündə qaya duruşu ilə mətin dayandı. Səsinin işığı, zənguləsinin harayı dünyaya düşdü: LAÇINI çələng etdi, qəlbinin ucalığından sancdı. Əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə yerində azman dağ kimi duran Laçının dustaq olmasına qalxdı!!!

SƏS top nəriltisinə dönüb uğuldadı, SƏS ZƏNGULƏ-ZƏNGULƏ sıralandı, nizami Ordu kimi Hannibalın qoşunlarının halayına bənzər qol açdı. İlahi! Səs də döyüşərmiş!? Alqış salon-salon, gül-çiçək qucaq-qucaq.

Efirin dalğaları,

Zəngulənin xalları.

Məhəbbətin təbində -

Ulü Göyün həddində.

Həsrətidir, hicranıdır,

Hamımızın, baş tacıdır...

   N.Asena

 

Qızıl Arslan hayqırtısıydı O SƏS.

Əsl adı - Möhübbət,

atası - Allahverdi,

anası - Südabə xanım,

soyadı - Kazımov.

 

1953-cü il iyulun 2-də Laçın rayonunun Çorman kəndində anadan olub. Şamkənd orta məktəbində oxuyub. Ailədə bacı-qardaşlarından, məktəbdə yaşıdlarından seçilib.

Deyilənə görə, Uca Allahın seçdiyi bəndələrinin bəzən özünün və hətta onun (seçilmişin) ətrafının (onun) seçilmişlərdən olduğunun fövqündə olmurlar (bilmirlər). Bu baxımdan Məhəbbət Kazımov seçilmişlərdən olub. Hər bir oxuduğu mahnının notlarına (musiqisinə) qəlbinin hərarətini qatıb oxuyub. Əsl XALQ SƏNƏTKARI kimi.

Məhəbbət Kazımovun fenomen əlamətlərinə nümunələr:

Elektron KİV-dən

 Azərbaycan musiqiçisi, pianoçu, əməkdar incəsənət xadimi Gülarə Əliyeva bölgələrdə oxuyan istedadlı gəncləri "Dan Ulduzu”na dəvət edir, onların potensial imkanlarının üzə çıxarılmasında köməkliyini əsirgəməzdi. O, müğənni Cavad Rəcəbovu Lənkərandan, Məhəbbət Kazımovu isə Laçından Bakıya dəvət edib, ansamblda mahnılar yazdırıb. Xatırladıram ki, o vaxtlar xaricdə etalon AZƏRBAYCAN QADINI OBRAZININ bütün parametrləri, cizgiləri GÜLARƏ ƏLİYEVANIN şəxsiyyətində ifadə olunurdu. Suriya, Livan, Əlcəzair, İsveçrə, Almaniya, Qvineya, Bissuada "Dan Ulduzu”nun qastrol səfərlərinə çıxdığı dövlətlər, şəhərlər olduğu unudulmayıb. Necə deyərlər, əcnəbilər Azərbaycan musiqisinin Qərb musiqi alətlərində səslənməsini görüb heyrətlənərmiş... Akif İslamzadə, Flora Kərimova, Yalçın Rzazadə, Hüseynağa Hadıyev kimi korifey sənətkarlar AZƏRBAYCANIN SƏSİ kimi sevilib, alqışlanıblar. Möhtəşəm salonlarda GÖRKƏMLİ İNCƏSƏNƏT XADİMİ Gülarə xanımın rəhbərliyi altında ifa olunan musiqi nümunələri XX əsrin axarından XXI əsrin baxarına QIZIL FONDA (Məhəbbətin səsilə) qovuşub.

1975-ci ildə isə ecazkar sənət korifeyi, xanım Zeynəb Xanlarova "Dan Ulduzu” ilə bir silsilə proqramla dövlət konsertlərində çıxış edib. Məmmədbağır Bağırzadə, tarzən Zamiq Əliyev, pianoçu Həsənağa Qurbanov, qaboy ifaçısı Kamil Cəlilov ansambla dəvət edilib.

Səsin göynərtisi...

 

Məhəbbətin harayında XXI əsrin Xocalı faciəsi göynəyirdi. İrəvanın, Zəngəzurun, Kərkinin (Naxçıvanda kənd), Şuşanın, Laçının, Qubadlının, Zəngilanın, Xankəndinin, Cəbrayılın, Xocavəndin, Tuğun, Ağdamın, Füzulinin... ULU YURD yerlərinin, doğma torpaqlarımızın qəsb olunmasının xəyanət dağları közərirdi...

Hə! Közərirdi! Göynəyirdi! O dağlar hər bir halal azərbaycanlının sinəsində sağalmaz şırıb açıb!!!

Bəli! Bizim ölkəmizə, Azərbaycanımıza dörd bir tərəfdən hücum olunub. Torpaqlarımıza qəsd olunub! Bu faciənin, bu fəlakətin, bu qəsdin, bu dağların ağrısını MƏHƏBBƏT zənguləsinin bəmi ilə, zili ilə ehtizaza gətirirdi.

Adı Sakit, özü fırtınalar hökmdarı okeanın şahə qalxan dalğaları kimi!

Məhəbbətin səsindən, Səsinin qüdrətindən yazmaq üçün Qələm adamının təpəri, qüruru, mətanəti, ən ümdəsi bəlli VƏTƏN MƏRAMI olmalıdır. Bu da azdır! Mən deyərdim ki, MƏHƏBBƏTİN FÖVQƏLADƏ ÖMRÜ tədqiq olunmalıdır. Onun haqqında MÜBARƏK KİTABLAR yazılmalıdır.

Səsinin şahə qalxan pərdələri dalğa-dalğa Göyün Ərşinə çatanda SƏDA gələr - deyirlər.

1998-ci ildə (Özünün "Müxalifət” qəzetinə verdiyi müsahibəsində) dediyi kimi: "Sənət bir dəryadır, ondan bir damla götürmək böyük işdir”. Ustadına ehtiramı ilə sevilən Məhəbbət Kazımov: "İslam Rzayev mənim müəllimimdir. Bugünkü nailiyyətlərim üçün ona minnətdaram”. "VƏTƏN MƏNƏ OĞUL DESƏ NƏ DƏRDİM” - haraylayan Ulu SÖZ ADAMI BÖYÜK MƏMMƏD ARAZA müraciət edən Məhəbbət Kazımov: "Məmməd Araz mənim ən çox sevdiyim şairdir. Repertuarımdakı "İnnən belə o gözlərə baxmaram”, "Ağarma, saçım, ağarma”, "Qayıt, gülüm” və sair mahnıların sözlərinə vurulub oxuyuram”.

Səsini lazımi səviyyədə qorumadığını etiraf edən Məhəbbət Kazımov: "Səsin vergi olması düzdür. Əks halda hamı oxuyardı. Elə müğənnilərimiz var ki, səsi tez sıradan çıxır.

Lakin İ.Rzayev, S.Abdullayev, A.Abdullayev, A.Qasımov kimi sənətkarlarımızın səsləri həmişə təravətlidir”.

Səsin açdığı azad yolla zirvələri fəth edən Məhəbbət Kazımov, gülşənləri alt-üst edib hərbi baza yaradanlara ETİRAZ edirdi. Yer üzündə külə dönən, bir göz qırpımında dağılan (dağıdılan) iki şəhərin adını çəkirdi: "Xirosima, Naqasaki faciəsinə "Yox!” - deyin. Xocalıya ədalət - səsləyən o gənc qız Leyla xanımın təşəbbüsünə qoşulun!”

Səsinin işığını ulduzlara verə-verə Təbrizi, Laçını, Dərbəndi, Şuşanı gəzirdi Məhəbbət. Az qala zəngulənin harayı...?! Qəlbinin görən gözləri ilə sualın ağrısını görüb, duyub. M.Kazımov: "Demək istəyirsiniz, ürəyim partlaya bilər, eləmi? Bunu mənə çox adam deyib... oxuyanda elə hissə qapılıram, elə mahnı, elə segah ifa edirəm ki, sonra nə qədər çalışsam da, yenidən o cür oxuya bilmirəm. Bir də bizim sənətimiz əzbərçiliyi sevmir. Gərək mahnını qəlbinin hərarətinə qatıb oxuyasan”.

LAÇIN HƏSRƏTİLƏ oxuduğu mahnısı haqqında: "Musiqisi özümündür. Sözləri şair dostum Osman Alıyevindir. Mən "Laçınım” mahnısı ilə işğal olunmuş torpaqlarımızın hamısına haray kimi oxuyuram”.

Bir dəfə yazılı KİV-də belə bir yazı dərc olunmuşdu: (1999-cu ildə) "1998-ci ilin payızında, metronun "Xalqlar dostluğu” stansiyasının yaxınlığında yerləşən şadlıq evlərinin birində M.Mərkəzi mərasim təşkil edib. Həmin mərasimdə "Laçınım” mahnısı ilə populyarlaşan Məhəbbət Kazımov və cəbrayıllı müğənni Elbrus da dəvətli olub. Müğənnilərə kağız göndərən K.Həsənov "mahnıları öz dilimizdə oxuyun” təklifini edəndə, hər iki müğənni "bizim dilimiz türk dilidir” - deyərək məclisi tərk ediblər.

Maraqlıdır, bu fövqəladə fitrət sahibini heç bir siyasətçi öz oyununa ortaq edə bilməyib. Məhəbbətin mübarizəsi DÖVLƏTİMİZİN MÜDAFİƏSİNİN, TƏHLÜKƏSİZLİYİNİN QARANTI ÖLKƏ BAŞÇIMIZ, SİLAHLI QÜVVƏLƏRİN ALİ BAŞ KOMANDANI İLHAM ƏLİYEV CƏNABLARININ SİYASİ KURSUNUN DAHA DA MÖHKƏMLƏNMƏSİNƏ XİDMƏT OLUB.

"Atribut” qəzetinin (№6(27) 02 iyun 2005-ci il) əməkdaşı Kərbəlayi Səfalət Səmədoğlunun suallarına cavab verən Məhəbbət Kazımov: "Milli musiqimizin ucuzlaşdırılmasında günahkar kimdir?” - cavabı olduğu kimi veririk: "Deməli, belə deyək ki, əvvəla hər şey başdan idarə olunmalıdır, bizim nazirimiz var. Biri bir səhv eləyəndə gərək desin ki, filan müğənni efirə yaramır. Camaatın zövqünü korlamamalısınız. Amma, bu gün başda duran, deyək ki, hörmətli prezidentimizin həyat yoldaşı XANIM MEHRİBAN ƏLİYEVA bir gözəl iş gördü, bütün hər yerə səs-səda yayıldı. Bunu baş idarə eləməlidir, Baş yerində olmalıdır”.

Burda Xalq şairi Nəbi Xəzrinin "Sağlığında qiymət verin insanlara” müdrik kəlam-misrası yada düşür. Sağ olsun Günel Altun (Quliyeva Günel Əbülfət qızı). Sağlığında böyük sənətkara SÖZDƏN ABİDƏ ucaltdı.

"BİR GECƏ YURDUMA

QAYIDACAĞAM”

 

Burda SÖZƏ xəsislik etmədən, sənətkarın adının önünə GÖRKƏMLİ sözü əlavə etsək, elə bilirəm ki, Allaha xoş gedər. Çünki, Məhəbbət qəlbində TANRI sevgisi olan XANƏNDƏ olub. Çox sağ olsun Günel! Bu layiqli sözü zamanında ifadə eləyib. Bununla da SƏSİN FƏRYADINA, QƏHRƏMANLIĞINA (səsin vəsfinə) elə müəllif də əlini Qələmə cəsarətlə atıb!

Kitabda Tofiq Mansurov, "Qarabağ” qəzetinin redaktor müavini, şair Əli Mahmud, aşıq Ədalət Dəlidağlı, şair Ənvər Əhməd, millət vəkilləri: Elbrus Təhməzov, Elman Məmmədov, Sevindik Hətəmov ürək sözlərini ifadə ediblər.

HEYDƏR ƏLİYEV SARAYINDA canlı ifası anşlaq yaradan Məhəbbət Kazımov hərarətli alqışlara səmimiyyət göstərib. Sevənləri önündə baş əyib. Onun sadəliyinin dərəcəsi tamaşaçıları heyrətləndirib. Budur böyüklük.

Günel Altunun "Bir gecə yurduma qayıdacağam” kitabında "MƏHƏBBƏT ÜNVANLI ÜRƏK SÖZLƏRİ” dərc olunub. AMEA-nın müxbir üzvü, professor Vasim Məmmədəliyev "Məhəbbət Kazımov muğamlarımızın mahir ifaçısıdır” yazısında sənətkarın hələ gənc olmasını, zirvələr fəth edəcəyini bildirir.

Əfsuslar, Məhəbbət Peyğəmbər yaşına qədəm qoyacağı anımlarda Onu sevənlərini yetim qoydu.

Xalq artistlərindən: İslam Rzayev, Ağaxan Abdullayev, Ramiz Quliyev, Ramiz Mirişli, Arif Babayev, Qədir Rüstəmov, Teymur Mustafayev, Niyaməddin Musayev, Alim Qasımov, Şəfiqə Axundova, Sara Qədimova, Firəngiz Mütəllimova, Mələkxanım Əyyubova, Mənsim İbrahimov, Gülyaz və Gülyanaq Məmmədovalar, Yasin Qarayev, ustad xanəndə, prezident təqaüdçüsü Süleyman Abdullayev fikir bildirib.

S.Abdullayevin "Dövrümüzün ən yanğılı oxuyan xanəndəsi” başlığı USTAD XANƏNDƏ tərəfindən MƏHƏBBƏT SƏNƏTİNƏ verilən qiymət, başına (Məhəbbətin) qoyulan TACDIR. Görün müəllif nə yazır: "Həm xanəndədir, həm də müğənni... Ustad xanəndələrin içərisində Cabbardan, Xandan, Yaqubdan, İslamdan, Arifdən və digər korifeylərdən sonra ən gözəl oxuyan sevimli xanəndə Məhəbbət Kazımovdur. Mən deyərdim ki, Məhəbbət cavanların içərisində əvəzolunmazdır. Əgər Məhəbbətin "Laçınım” mahnısını orkestr çalsa və Məhəbbət o musiqini ifa etsə, bizim əsgərlər o ifaya, o yanğıya Qarabağı erməni qəsbkarlarından azad edərlər. "Laçınım” mahnısının o qədər gözəl melodiyası var ki, elə bil darda qalmış Vətən ağlayır, qan-yaş tökür, ah-nalə çəkir. Və bu musiqini eşidəndə istər-istəməz düşmənə qarşı olan nifrət, kin səni hücuma, intiqam almağa səsləyir”.

"Elə həqiqi ulduzumuz, mahnı kralımız Məhəbbət Kazımovdur” - yazan barmaqların sahibi ustad xanəndə Süleyman Dədəyə SALAM olsun!!!

Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov: "Məhəbbət Kazımovu dinlədikdə hiss edirsən ki, o, hər bir mahnının üzərində necə deyərlər, zərgərlik işi aparır, onları öz yaradıcılıq süzgəcindən keçirir”.

Ustad xanəndə, prezident təqaüdçüsü Sabir Mirzəyev və müğənni Xasməmməd Hacıyevin "Gözəl sənətkar, sədaqətli dost” başlıqlı yazısı gözlərimi oxşadı. X.Hacıyev muğam bilicisi Nəriman Əliyevin məşhur muğam ustası Seyid Şuşinski olduğunu vurğulayır: "Mən deyərdim ki, M.Kazımov o dahi sənətçinin, muğam bilicisinin nəvəsi hesab olunur”.

Avropa stilli, Şərq mədəniyyətli, milli musiqi və muğamlarımıza bağlı filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi bilavasitə bu sətirlərin müəllifinin müəllimi və mənəvi himayədarı olmuş, ruhu önündə baş əydiyim Zemfira Verdiyeva M.Kazımovu KORİFEY SƏNƏTKAR adlandırır. "Əhsən deyirəm, milli musiqimizə bağlı vətənpərvər, el qeyrəti çəkən belə bir oğulu dünyaya gətirən o müqəddəs anaya!..”

Günel Altunun "Bir gecə yurduma qayıdacağam” kitabında bir sıra rayon rəhbərlərinin, iş adamlarının ürək sözləri bu gün Məhəbbətin cismani ayrılıq anımlarında Ulu Yurd yerlərimizdə bitən bədmüşk çiçəyinin qoxusunu duydurur.

YERİ GƏLMİŞKƏN: Ulu Öndər Heydər Əliyevin sağlığında bacısı Şəfiqə Əliyeva tərəfindən qələmə alınan "Mənim Anam” kitabında bədmüşk çiçəyinin Novruz bayramında açması və xoş qoxusu olduğu haqqında incələmələr xüsusi yer alıb. Anaların Anası, Ulu Öndərimiz kimi böyük Dövlət Adamını Azərbaycana bəxş edən İzzət Ana bədmüşk çiçəyinin zərif qoxusunu sevərmiş. Bu baxımdan icra başçısı Zakir Fərəcovun mübarək qələmindən süslənən "Xeyirin şərə qalib gəlməsini, haqqın nahaqqı öz güclü qollarında məhv etməsini istəyirəm” - deyərək əlavə edir ki, Məhəbbətin vətənpərvər ruhlu mahnılarında o torpağa (Ulu Yurda) bir qayıdış harayı var.

İcra başçısı Elbrus Təhməzov Məhəbbətin səsini "Şirin nəriltisinə” bərabər tutur.

Laçın rayonunun sabiq icra başçısı Muradxan Cabbarovun təbirində "Onun bütün mahnıları məhəbbətdən yoğrulub” düstura çevrilib.

Rəhbər heyətdən Tofiq Nəcəfov, Kərəm Cabbarov, Elçin İsgəndərov, Tofiq Mansurov və digərləri "ECAZKAR SƏSİN ÇAĞIRIŞ” marşlarını sözlə-musiqinin vəhdət harmoniyasını incələyirlər.

Müəllim Saday Mirzəyevin ruhu, yazısı Məhəbbətin uşaqlıq illərinə bələdçilik edir və qaya səsli oğlanın SƏDASININ qüdrətindən heyranlıqla söz açır.

Məhəbbətin vurğunları sırasında kitabda adları və yazıları sıralanan iş adamlarından: İ.Ağayev, A.Rəhimov, H.Əliyev, Ş.Süleymanov, Y.Hüseynov, D.Aslanov MƏHƏBBƏTƏ sədaqət, sevgi ifadə edirlər.

Şair sözünə can verən bəstəkarlardan Tahir Əkbər, Mahir Tahiroğlu MƏHƏBBƏTƏ hörmət, iltifat ehtiva edən fikirlər yazırlar.

Söz SÖZDƏN düşmüşkən: Mərdanəlik simvolu kimi KİV orqan nümayəndələrinin dostu Afik Vəlimətovun ürək yanğısı ilə qələmə aldığı "DOSTLUĞU DA SƏSİ QƏDƏR ŞİRİNDİR” başlıqlı yazı ruhumuzu məhəbbətli anımlara apardı. Çox hörmətli Afik müəllim fikrini lokanik ifadə edir. Məhəbbəti "...Ürəyi ovcunun içində” olan adam adlandırır: "Bu ürək işıq saçır. Ətrafındakıları özünə doğru çağırır... xasiyyətində bir ahənrübalıq var”.

Şair-publisist, "Kredo” qəzetinin baş redaktoru, SÖZÜN MƏCNUNU, İŞIQLI ZİYALI, SÖZÜNÜN KƏSƏRİ ilə seçilən, sevilən Əli Rza Xələfli: "...Hər dəfə Məhəbbət Kazımovun səsini eşidəndə duyğularım qanad açmamış quşlar kimi çırpınır. Ürəyim həyacanla döyünür. Hiss edirəm ki, bu səs nə isə danışır” - deyib haray çəkir: "...Güc ağla hakimlik edirdi... Mənə elə gəlir ki, Tanrı bu səsi seçib göndərib... Məzlumun üstünə yeriyən zalımın qabağını kəssin” MİN BİR DƏRDİN MƏLHƏMİ SƏSİ və ONUN SAHİBİNİ.

"Qövsi-Qüzeh üstə yeriyən səs” başlıqlı yazısında Ə.Xələfli SƏSİN yurda sevgi notlarından pərvazlanan soykökünə məhəbbətlə - qəsbkara nifrətin ancaq özünəməxsus birləşdirici əlamətlərini filosofcasına parlaq şəkildə, bir AZƏRBAYCANI CANDAN SEVƏN VƏTƏNDAŞ, həm də QƏLƏM ADAMI zirvəsində bir dönməzlik var. Boz bir sərtlik var...”

Ey böyük Xələfli! Kişi səsinə də aşiq, Kişi boyuna-buxununa da aşiq, HÜNƏRLİ SÖZÜNƏ də aşiq... BİZ! SALAM olsun sağlığında dəyər verən Qələminə, Ürəyinə.

Jurnalist İlham Alışanlının ürək sözlərinin, xatirələrinin qanadında Batabat yaylağına qalxdım. "Məhəbbət əlini Laçın səmtə uzadıb (Qartal kimi qıy çəkdi:-N.A.) "Segah” üstə bayatı çəkdi:

 

Dağlar dağımdır mənim,

Qəm oylağımdır mənim.

Dindirmə, qan ağlaram,

Yaman çağımdır mənim.

Jurnalist İ.Alışanoğlu "Hər bir ifaçıya nəsib olmayan bəstəkarlıq istedadı” barəsində şok açıqlama verir. Səhifədə söz-sözə calanır, kükrəyir. Ad və səs "bolluğu” içində tənqidçilərin çiyin-çiyinə verərək yatışan... üzlərinə söz şilləsi vurur. Afərin! Alışanoğlu. Böyük Sabirdən nümunə gətirir:

"Çalxalandıqca, bulandıqca zaman nehrə kimi,

Yağı yağ üstə çıxır, ayranı ayranlıq olur”.

Şairlərdən: Məmməd Aslan, Ramiz Rövşən, Ramiz Qusarçaylı, Rəşad Məcid, Paşa Qəlbinur, Hüseyn Kürdoğlu, Vüqar Əhməd, Mirsəyyaf Zamanlı, Qabil Əhmədov kimi tanınmış ustadlar MƏHƏBBƏTİN uca əlamətlərini sözün zirvəsinə qaldırırlar.

Haqdan bizə əmanətdir oxuyan,

Məhəbbətdir, Məhəbbətdir oxuyan.

Hüseyn Kürdoğlu

 

Vətən, torpağına, daşına qurban,

İnlərsən, ağlarsan, yaşına qurban.

 

Səsinlə xəyalən o yurda getdim,

Dəyişdi halımın rəngi, Məhəbbət!

Zahir Abbas

 

Səsindən biganə, qəfil ayılır,

Yayılır torpağa, elə Məhəbbət.

Vüqar Əhməd

 

Kimdi belə naləsi qan qoxuyan?!

Aman Allah, Məhəbbətdi oxuyan!

Mirsəyyaf Zamanlı

 

Allah, Allah, nə nalədi,

Dağ oynadan şəlalədi,

Bu qəm mənə həvalədi,

Altda ürək, üstdə nigar, -

Bəstənigar.

Şair Ramiz Qusarçaylı

 

"Dueti ən birinci bizim korifey sənətkarımız Xan Şuşinski oxuyub... Xalq mahnıları tərəfindən dueti Məhəbbət Kazımov inkişaf etdirib”.

Şair Qabil Əhmədov

 

"Məhəbbət oxuyanda kəndimizdəki "Daş bulaq” yadıma düşür... Bu sal qayanın içindən süzülüb gələn su dünya möcüzəsi idi... Lap balaca vaxtlarımdan bu bulağa özümdən ad da qoymuşdum "Ağlayan qaya”. Demə, "Daş bulağ”ın yerini verən su tapmayacağam...”

Əlövsət Ağalarov,

"Azərnəşr”in baş redaktoru

 

"Məhəbbət zənguləsində, boğazında bir həsrət yanğısı da var. Şuşada, Ağdamda, Laçında oxumaq həsərti”.

Çingiz Tofiqoğlu,

"Qarabağ” qəzetinin baş redaktoru

Günel Altun "Bir gecə yurduma qayıdacağam” kitabında böyük Azərbaycan sənətkarı Məhəbbət Allahverdi oğlu Kazımovun barəsində sözə İKİNCİ YARADANI ilə başlayır: "Atamız Allahverdi... çox imkanlı, varlı-hallı, çörəkli insan olub” - yazaraq əlavə edir ki, ataları qonaqpərvər, xeyirxah, ürəyiaçıq el ağsaqqalı, həm də xüsusilə sərt adam olub. "Atamın oğul, qız, nəvə, nəticə və kötükcəsinin sayı 330-a çatır”. Anaları Südabə xanım isə Qarabağın beşiyi, gözəllik tacı Şuşada dünyaya göz açıb.

Atalar yaxşı deyib: "Zər qədrini zərgər bilər. Məhəbbət Kazımovun ləpirləri qalan CƏBHƏ BÖLGƏLƏRİNİ bir daha ziyarət etmək, bir daha Murovun zirvəsini fəth etmək, bulaq badələrini BAYRAQ keşikçiliyi çəkən ORDUMUZUN şəxsi heyətinin şərəfinə qaldırmaq arzusu dikəlib içimdə!

FAKT: Bu yazının araşdırmasına başlayanda yuxumda Məhəbbəti gördüm. Kürəyini göstərdi. Qobustan günəş rəsmlərini və daş qaval həkk olunmuşdu. Cizgilərin rəngi parlaq mavi və yasəməni çalırdı. O, Bakıdakı Əshabi-Kəhfə qalxırdı. Məni də ora apardı... Məhəbbət nur içində görünürdü.

Məhəbbət Kazımov: "İnşallah, yaxın vaxtlarda öz ansamblımla orada (təmas xəttində) əsgərlərimiz qarşısında konsert verməyi planlaşdırmışam. Bu mənim azərbaycanlı müğənni olaraq borcumdur”.

"Atribut” qəzeti

Planetin mərkəzi Azərbaycan, TÜRK toplumlarıdır. Azərbaycanın ekiz qardaşı: Güneyli, Quzeylidir. Təbriz-Bakı, Naxçıvan-Qarabağ, SÖZÜN SƏRT ANDI var! Birləşmə, barış, bağlantı - Ulu Azərbaycanın boyun borcudur. O birlik, O barış, O bağlantı artıq qəlblərdən-qəlblərə süzülüb. Ekiz qardaşların BARIŞ düyününü Məhəbbət Göylərdə "Laçınım”la canlandırıb. Təbrizdəki konsertin sədası dünya azərbaycanlılarını silkələyib. Türk silkinəndə böyük olur, barış olur. Və. Və bu birliyə, bu barışa düşmən kəsilənlər, elə o vaxt düşmən kimi qaşınıb, hərəkətə gəlirlər (keçirlər)

Borxes deyirdi ki, Nizami dünyaya bir sərv kimi ucalıb. Məhəbbət də pərəstişkarlarının qəlbində BAYRAQ kimi ucalır.

Qələm adamlarının, elm, zəka sahiblərinin təbirində: "Məhəbbət Kazımovun səsini dinləyən əsgər Qarabağı azad etməyə topdan, raketdən güclü ƏRDİR. Tunc biləkləri təlimlərdə bərkiyən Azərbaycan əsgəri - Füzulinin səmasından enib gələn OD PARÇASI tək əmr gözləyir!

Ceyhun, Seyhun, İdel, Araz - ümanından üzünə çırpan, hər an ayıq-sayıq AZƏRBAYCAN ƏSGƏRİ. At belində uça-uça beş qitəni kəşf edən Kişilərin nəvələri, nəticələri. Babaların təlim yeri Çənlibel olan AZƏRBAYCAN ƏSGƏRİ.

Məhəbbətin od püskürən gözlərinin bir cüt mərmi çaxması, səsinin ƏR hayqırtısı unudulmayıb! Unudulmayacaq! O ruh, O hayqırtı, O haray, O nərə qanımıza hopub! O hayqırtının cövhərinə Xalq şairi Xəlil Rza Ulutürkün səsi qatılıb.

Hayqır! Oxu ətrafında qoy

         hərlənsin Yer kürəsi,

Qoy hərlənsin...

     Mənəm onun bel sütunu, fəqərəsi.

***

 

Məhəbbət Kazımovun Azərbaycan nəşriyyatında olan dostlarının sırası zəngindir. Onlardan biri də böyük ziyalı Ləbib Ləbibovdur: "Məhəbbət Kazımov çox böyük sənətkar kimi qəlbimdə yaşayır. Mahnılarının fəlsəfi inikasından görünür ki, o əsl vətən oğludur. Dost kimi də bütün bucaqlardan təhlil edəndə, onun adi olmadığı qənaətindəyəm. Yəni, o, çox ali insan və sədaqətli dostur. Ailə başçısı kimi əsl Azərbaycanlı kişidir. Hər bir şeyə düzgün qiymət verən əsl kişi kimi xatırlayıram Məhəbbəti. Onun zəngulələri təkrarolunmazdır. O bir əfsanə idi, gəldi və iz qoydu...”

Məhəbbət Kazımovun dostu, həmyerlisi, Azərbaycan nəşriyyatının inzibati və təsərrüfat şöbəsinin rəisi Etibar Hümbətov: "Məhəbbətlə sirdaşlığım Laçınlı xatiratlarla bağlıdır. Kövrək, bənzərsiz ünsiyyətinə, vəfasına, insani gözəlliklərini tamamlayan sözünə, səsinə bağlandım... Düşünürəm ki, o özünü oxuyurdu. Özünü oxuya bilməyən (yəni, öz millətinin dərdini), özgəni də oxuya bilməz - anlamında Məhəbbət AZƏRBAYCANI oxuyurdu.” 

Ər meydanlarında təlim keçən oğullarımız qarşısında səslənən "LAÇINIM” könüllərə Günəş boyda qapı açıb. Sal qayalara dəyib qayıdan SƏS "LAÇINIM!!!” nidasını çaxır. İldırım təki çaxır. Azərbaycan gözəlləri dağların nəsimi dəyən qom-qom çiçəkləri həmin o ildırım tinətli ərənlərin eyni ahəngdə tappıldayan, yeri-göyü silkən (silkələyən) əsgər çəkmələrinin səsindən titrəyən (titrədən) APREL DÖYÜŞLƏRİNİN QALİBLƏRİNİN başlarına səpirlər. Banuçiçəklərin, Selcanların nəvələri, nəticələri qızlar...

Səsin işıq gələn tərəfinə doğru Məhəbbətin təbində, Onun mətin ahəngində, çəkilməzlik, çəkinməzlik ruhunda Ali Baş Komandanımızın əmrinə itaətlə MARŞ, İRƏLİ!

 

Natella Asena,

AYB və AJB-nin üzvü,   Hərbi Vətənpərvərlik və Əsgər Mənəviyyatı nominasiyasının 

I mükafatının sahibi, Əsgər anası,

"Qızıl Qələm” mükafatçısı




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}