Bakı metrosunda gənc özünü qatarın altına atdı – YENİLƏNİB

Bakı metrosunda gənc özünü qatarın altına atdı – YENİLƏNİB

 


 

Bakıda gənc oğlan metroda qatar relsinin üzərinə yıxılıb.

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Oxu.Az-a verdiyi məlumata görə, hadisə "İçərişəhər" stansiyasında baş verib: "Hadisə bu gün səhər saat 08.41-də "Həzi Aslanov" - "İçərişəhər" xəttində 1 saylı marşrut üzrə hərəkət edən qatar stansiyaya daxil olarkən baş verib. 2000-ci il təvəllüdlü Nuriyev Nicat İntiqam oğlunun ayağı dolaşıb və o, relslərin üzərinə yıxılıb. Xoşbəxtlikdən o, heç bir xəsarət almayıb, çünki maşinist qatarı vaxtında saxlaya bilib”.

***

11:07

Bakı Metropoliteninin "İçərişəhər" stansiyasında səhər saatlarında qorxunc hadisə qeydə alınıb.

Sozcu.info  xəbər verir ki, təxminən 23-24 yaşlarında gənc oğlan özünü platformaya daxil olan qatarın altına atıb. Lakin səlahiyyətlilərin ayıq-sayıqlığı faciəvi ölümün qarşısını alıb.

Polislər intihara cəhd edən gəncin ifadəsini alırlar.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}