Cavid Qurbanov büdcə pullarının şəffaf xərclənməsini təmin edə bilməyib

Cavid Qurbanov büdcə pullarının şəffaf xərclənməsini təmin edə bilməyib

 


"Təsərrüfat İdarəsi” MMC-nin müəmmalı maliyyə əməliyyatlarına görə kim cavabdehlik daşıyır?

Cavid Qurbanov "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin olunandan sonra QSC-də keçirilən iclasların birində çox açıq şəkildə sələfi Arif Əsgərovun rəhbərliyi dövründə baş verən korrupsiya faktlarından danışaraq, belə hallara son qoyulacağını bəyan etmişdi. O zaman hər kəs inanmışdı ki, həqiqətən də "Azərbaycan Dəmir Yolları” QSC-də korrupsiya hallarına son qoyulacaq. Ancaq "Yeni Sözçü” qəzetinin redaksiyasına daxil olan məlumata görə "Azərbaycan Dəmir Yolları” QSC-nin "Təsərrüfat İdarəsi” Məhdud Məsuliyyətli Cəmiyyətində müəmmalı maliyyə əməliyyatları baş verir. Məsələn,hansısa müəmmalı səbəbdən QSC-nin "Təsərrüfat İdarəsi” MMC     İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətlərinin Dəmir Yolu qurumlarının rəhbərlərinin 13-cü iclasının təşkilini "Book Tour” MMC-i adlı özəl quruma həvalə edib və bu məqsədlə 50 min manat büdcə vəsaitini adı çəkilən MMC-nin hesabına köçürüb. Çox maraqlıdır ki, "Book Tour” MMC-i İslam Əməkdaşlıq Təşkilatı üzv dövlətlərinin Dəmir Yolu qurumlarının rəhbərlərinin 13-cü iclasının təşkili ilə bağlı "tender”in "qalibi” olmamışdan cəmi bir neçə ay əvvəl yaranıb. Deməli, bu qurum belə mötəbər tədbirin təşkili üçün təcrübəyə malik ola bilməzdi. Buna görə də "Təsərrüfat İdarəsi” MMC-nin bu əməliyyatını ən azından şəffaf olmayan maliyyə əməliyyatı kimi xarakterizə etmək məcburiyyətindəyik. "Təsərrüfat İdarəsi” MMC-nin "İt Alto Services” MMC-i adlı şirkətlə kompüter avadanlıqları və ehtiyat hissələrinin satın alınması adı altında yenə 50 min manatlıq maliyyə əməliyyatı da çox müəmmalı əməliyyat hesab oluna bilər. Çünki, bu özəl müəssisə 2017-ci ilin fevralında yaradılıb. Ölkədə  kompüter avadanlıqları və ehtiyat hissələrinin satışı ilə məşğul olan, bu sahədə 20-25 il fəaliyyət göstərən şirkətlər olduğu halda "Təsərrüfat İdarəsi” MMC-nin "İt Alto Services” MMC-i ilə işbirliyi qurması çox təəccüblüdür. "Təsərrüfat İdarəsi” MMC-nin həyata keçirdiyi maliyyə əməliyyatları arasında çoxsaylı belə nümunələr tapmaq olar. Ancaq dənizin suyunun duzlu olmasını bilmək üçün dənizin bütün suyunu içmək lazım olmadığı kimi, "Təsərrüfat İdarəsi” MMC-nin də bütün maliyyə əməliyyatlarını araşdırmağa da ehtiyac yoxdur. "Azərbaycan Dəmir Yolları” QSC-də büdcə pullarını belə havaya sovuran qurumun yalnız "Təsərrüfat İdarəsi” MMC-i olmadığı ilə bağlı da məlumat var. "Yeni Sözçü” qəzetini məlumatlandıran mənbənin sözlərinə görə "Azərbaycan Dəmir Yolları” QSC-nin Texniki Xidmət və İstismar İdarəsinin "Bakı Tekstil Fabriki” MMC-i ilə bir milyon manatlıq maliyyə əməliyyatının müqabilində "Təsərrüfat İdarəsi” MMC-nin maliyyə əməliyyatlarına şükür etməli olursan. Çünki, guya "Azərbaycan Dəmir Yolları” QSC-nin Texniki Xidmət və İstismar İdarəsi bir milyon manatın müqabilində "Bakı Tekstil Fabriki” MMC-dən xüsusi fəhlə geyimləri alıb. Bütün bu maliyyə əməliyyatlarına isə bir zamanlar "Azərbaycan Dəmir Yolları” QSC-də korrupsiya hallarını kəskin tənqid edən Cavid Qurbanov aydınlıq gətirməlidir.

Azad Aydın,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}