Tbilisidə yaşayış binasında yanğın baş verib, 3 nəfər ölüb

 

Dekabrın 25-ə keçən gecə Gürcüstanın paytaxtı Tbilisidə yaşayış binasında güclü yanğın baş verib.

Bu barədə  Gürcüstan DİN-in Fövqəladə Halların idarə olunması Agentliyinin mətbuat xidməti bildirib.

 

"Dinamo” stadionu yaxınlığındakı yaşayış binasının mənzillərinin birində əmələ gələn yanğın 3 nəfərin həyatına son qoyub, daha 1 nəfər ağır yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Hazırda yanğın söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

 

Qeyd edək ki, bundan əvvəl "Rooms Tbilisi" hotelində yanğın baş verib, hadisə nəticəsində zərərçəkən yoxdur.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}