Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb

 

Əfqanıstanın paytaxtı Kabildə törədilən partlayış nəticəsində ölənlərin sayı 10-a çatıb.

 

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl 6 nəfərin öldüyü bildirilirdi.

 

Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarətlər alan daha 5 nəfər xəstəxanaya yerləşdirilib.

 

Xatırladaq ki, dekabrın 25-i səhər saatlarında terrorçu-kamikadze Əfqanıstan Milli Təhlükəsizlik İdarəsinin qarşısında özünü partladıb. Terror aktına görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}