Binəli Yıldırımın Naxçıvan səfəri, azərbaycanlıların deportasiyası, Qüds... - BQP-də toplantı

 

Böyük Quruluş Partiyası (BQP) Siyasi Qurulunun növbəti toplantısı keçirilib. 

Partiyadan verilən  məlumata görə, BQP sədri Fazil Mustafanın sədrliyi ilə keçirilən iclasda bir sıra məsələlər müzakirə olunub.

BQP başqanı iclasın keçirildiyi günün azərbaycanlıların tarixi vətənlərindən-indiki Ermənistandan deportasiyasının son mərhələsindən 29 il ötdüyü tarixə təsadüf etdiyini qeyd edərək,1988-ci ildə 250 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk etməyə məcbur olduğunu, təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilərin vandallığı nəticəsində azərbaycanlılara məxsus 2000-dən artıq qəbiristanlığın dağıdıldığını bildirib: ”Çox təəssüf ki, dövlət səviyyəsində aparılan etnik təmizləmə siyasəti nəticəsində dünyada bənzəri olmayan monoetnik dövlətə çevrilən Ermənistan bu günədək layiq olduğu cəzasını almayıb”.

İclasda İşçi Qrupu tərəfindən hazırlanan "Partiyanın 2018-cil ildəki fəaliyyətinin əsas istiqamətləri”layihəsi müzakirə edilib, təklif edilən əlavə və düzəlişlər nəzərə alınmaqla sənəd təsdiq edilib.

Daha sonra partiyanın yerli təşkilatlarında hesabat-seçki yığıncaqlarının keçirilməsinin gedişi haqqında Təşkilat şöbəsi ilə Ali Nəzarət Qurulunun birgə hazırladığı məlumat dinlənilib və keçirilən iclasların partiyanın nizamnaməsinə və müvafiq əsasnamələrə uyğunluğu qeyd edilib.

İclasda ABŞ-ın Qüds şəhərini İsrailin paytaxtı kimi tanınması təşəbbüsündə Azərbaycanın sərgilədiyi mövqe təqdir edilib: "Bir sıra ölkələrdən fərqli olaraq istər, İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) hazırkı sədri Türkiyənin təşəbbüsü ilə Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında Azərbaycanın ən yüksək səviyyədə təmsil olunması, istərsə də, BMT Baş Assambleyasında Qüdsün İsrailin paytaxtı kimi tanınması təşəbbüsünün əleyhinə səs verməsi Azərbaycanın beynəlxalq hüquq normalarına riayət edərək müstəqil siyasət yürütdüyün təzahürüdür”.

Siyasi Qurul Türkiyənin Baş naziri Binəli Yıldırımın bu yaxınlarda Naxçıvana səfərini Türkiyə-Azərbaycan qardaşlığının daha da möhkəmlənməsi baxımından tarixi əhəmiyyət daşıdığını bildirib: "Türkiyənin son doqquz il ərzində baş nazir səviyyəsində blokada vəziyyətində olan Naxçıvana səfəri ciddi siyasi və iqtisadi əhəmiyyətli hadisə hesab olunmalıdır. Türkiyə Baş nazirinin geniş tərkibdə Naxçıvana səfəri iki ölkə arasında qardaşlığın təməllərinin daha da möhkəmləndirilməsi, Naxçıvanın blokada vəziyyətinin yüngülləşdirilməsi eləcə də, Muxtar Respublikada iqtisadi həyatın canlanmasına təkan verilməsi baxımından əhəmiyyətlidir”.

İclasda region ölkələri arşında qarşılıqlı əməkdaşlıq və etimad mühitinin yaradılması baxımından Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirlərinin Bakı toplantısının əhəmiyyətinə diqqət yetirilib: "Xüsusilə, İranın Xarici İşlər naziri M. C. Zərifin bu yaxınlarda Ermənistanın bölgədə sülhün və əmin-amanlığın carçısı və təminatçısı barədə səsləndirdiyi fikirlərindən sonra nazirlərin qəbul etdikləri birgə bəyanatda ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin pozulmamasına çağırış etmələri, Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında ən qısa müddətdə həllinin vacibliyini xüsusi vurğulamaları beynəlxalq hüququn tələblərinin əsas götürülməsi baxımından vacibdir".

İclasın sonunda cari məsələlər müzakirə olunub.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}