İranın sonuncu şahının oğlu Trampdan kömək istədi, Ruhanini "vurdu": "Konkret addımlara ehtiyacımız var”

İranın sonuncu şahının oğlu Trampdan kömək istədi, Ruhanini "vurdu": "Konkret addımlara ehtiyacımız var”

 

"ABŞ şirkətləri texnoloji sahədə olan məhdudiyyətləri aradan qaldıraraq İran xalqını dəstəkləməlidir".

Bu sözləri İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləvi "Röyter”ə açıqlamasında deyib.

"İran xalqı öz müqəddəratını təyin etməkdə haqlıdır. ABŞ Prezidenti Donald Tramp və onun administrasiyasının bu yöndə səyləri olduqca uğurludur”, - Pəhləvi bildirib.

O, həmçinin İran lideri Həsən Ruhanini də ikiüzlülükdə ittiham edib: "Boş sözlərdən, vədlərdən daha çox konkret addımlara ehtiyacımız var”.

Qeyd edək ki, dekabrın 28-dən etibarən İranın Tehran, Məşhəd, İsfahan, Rəşt kimi iri şəhərlərində hökumət əleyhinə etiraz aksiyaları başlayıb. İğtişaşlar nəticəsində 30-a yaxın insan həlak olub.

Həmçinin bir sıra şəhərlərdə hökumət lehinə aksiyaların da təşkil olunduğu bildirilir/Axar.az.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}