Erməni millətçiliyinin yeni dalğası. Və ya Rusiya xüsusi-xidmət orqanlarının yeni senarisi

Erməni millətçiliyinin yeni dalğası. Və ya Rusiya xüsusi-xidmət orqanlarının yeni senarisi

 

Son vaxtlar Ermənistan tərəfi Samtsxe-Cavaxeti regionuna muxtariyyatın verilməsinin vacibliyi haqda mövzunu aktivləşdirib. Erməni rəsmiləri tərəfindən dəstəklənən Ermənistandakı qüvvələr Rusiyanın xüsusi-xidmət orqanlarının maliyyə dəstəyi ilə internet məkanında "Cavaxka (Cavaxetiyə) muxtariyyatın verilməsinin vacibliyi” və "Regionun tarixi vətənə qaytarılması” mövzu ətrafında aktiv təbliğat aparırlar. Hətta, az vaxt içərisində Arşam Ağamalyanın müəllifi olduğu "Cavaxk”ın qondarma bayrağı, qerbi və himni də internetə yerləşdirilib. Yazıda belə deyilir:

"Daşnakların bu vaxta qədər yerinə yetirilməyən "Böyük Ermənistanın qurulması” və "Dənizdən dənizə qədər” iddiası hələ də gündəmdədir. İsaya çox şükür ki, onların arzusunun həyata keçirilməsinə imkan verilməyib. Görəsən, niyə ermənilər məhz bu gün aktivləşiblər? Yəni erməni nasionalizmliyi ilə qarşılaşmışıq, yoxsa Rusiyanın xüsusi-xidmət orqanlarının yeni senarisi ilə? Biri də istisna deyil, o biri də. Rusların köməyi ilə ermənilər Dağlıq Qarabağı işğal etdilər. İndi də gözləri Samtsxe-Cavaxeti regionundadır. Faktdır ki, ermənilərin planlarını nəzərə alan Gürcüstan hakimiyyəti Samtsxe-Cavaxeti regionunda əlavə 6-cı briqadanı yaradıb. Belə olan halda fikrimizcə, briqada Axalkalaki və Ninotsminda rayonları arasında yerləşdirilib. Bununla yanaşı rəsmi Tiflis Yerevana diplomatik təzyiqlərini artırmalıdır. Ermənilərə başa salmaq lazımdır ki, "Cavaxk” yox, Gürcüstanın ayrılmaz parçası olan Cavaxeti regionu mövcuddur. Düşünürük ki, Gürcüstan rəhbərliyi regionda polis dəstələri də yaratmalıdır. Xüsusi-xidmət orqanlarımız isə fəaliyyətini daha da aktivləşdirməlidir. Regionun ermənilərini anlatmaq lazımdır ki, Cavaxetidə ancaq Gürcüstan qanunları mövcuddur və hər bir erməni gürcülər kimi qanunlara riayət etməlidirlər. Əks təqdirdə separatizm təbliğatlarını yayan şəxslər tutulmalı və cəzalandırılmalıdır”.

Portalda qeyd edilir ki, rəsmi qeydiyyata alınmayan və illər boyu regionda separatçılıq təbliğatları ilə məşğul olan "Virk”, "Yerkir” və "Cavaxk” təşkilatlarının fəaliyyəti qadağan edilməlidir. Gürcüstanın xüsusi-xidmət orqanları həmin təşkilatların "siyasi xadimləri”ni maliyyələşdirən şəxsləri vaxtında aşkar etməlidir. Ələ keçirilənlər mütləq beynəlxalq tribunaya təhvil verilməlidirlər. Çünki həmin təşkilatlar beynəlxalq normaları pozaraq separatizmlə məşğul olurlar və cəmiyyəti ölkəni bölüşdürməyə çağırırlar.

Forum.ge: "Son vaxtlar separatçı Vaaqn Çaxalyanın Suriya, İran, Abxaziya və Qarabağ ermənilərini ətrafına yığması, Cavaxetidə yeni erməni milliyətçiliyi dalğasının daha aktivləşməsindən xəbər verir. ABŞ-dakı erməni diaspor təşkilatlarına, eləcə də, Fransanın məşhur şonsonyesi Şarl Aznavur tərəfindən yaradılan "Şarl Aznavur Fondu”nu idarə edənlərə başa salınmalıdır ki, Cavaxetdəki separatçılara heç bir maliyyə ayrılmamalıdır. Çünki bununla onlar Rusiyanın Gürcüstandakı planlarına köməklik göstərmiş olacaqlar. Regionda vəziyyətin çox gərgin olduğunu hamımız bilirik. Görəsən, bunu prezidentə çatdıran varmı? Qısaca desək regiona güclü əhəmiyyət verilməli və separatçılar zərərləşdirilməlidir. Gürcüstan hakimiyyətinin daxilində bəzi erməni mənşəli məmurların olduğunu yaxşı bilirik. Onu da bilirik ki, onlar hakimiyyətdə olana qədər regionda vəziyyət düzəlməyəcək. Çünki onların Rusiya xüsusi-xidmət orqanları və daşnaklarla sıx əlaqələri var. Odur ki, ümidimiz ancaq hakimiyyətdəki milli qüvvələrə qalır”.

Niyazi Hüseynov,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}