Cavaxetidə ermənilərin ayağa qalxması cəhdi

Cavaxetidə ermənilərin ayağa qalxması cəhdi

 

"Newposts.ge” portalında ermənilərin yaşadığı Samtsxe-Cavaxeti regionunun Axalkalakirayonundan reportaj təqdim edilib. Qeyd edilib ki, Moskvanın Cavaxetidəki favoritləri aktivləşib. Portalın müxbiri Axalkalakidə Saakaşvili hakimiyyəti dövründə 10 il azadlıqdan məhrum edilən, lakin İvanişvilinin hakimiyyətə gəlməsindən sonra sərbəst buraxılan "Cavaxk Demokratik Alyansı”nın lideri Vaaqn Çaxalyan və Gürcüstan ermənilərinin koordinasiya şürasının sədri Artak Qabrielyanla görüşüb. Onlar separatçı olmadıqlarını, sadəcə regiona erməni dilinə rəsmi statusun verilməsini tələb etdiklərini söyləyiblər. Hər ikisinin fikrincə, bu, inteqrasiya zamanı yerli ermənilərin asimilyasiya olmasına imkan verməyəcək. Bakı-Tiflis-Qars dəmir yolunun həyata keçirilməsinə qarşı çıxan hər iki separatçı belə hesab edir ki, bunun əsas məqsədi regiondan erməniləri təmizləmək, məshəti-türkləri və azərbaycanlıların yerləşdirilməsi xarakteri daşıyır.

 

A.Qabrielyan: "Azərbaycan və Ermənistan arasında vəziyyətin nə cür olduğunu ha mımız bilirik. Türkiyə və Azərbaycanın məqsədi Bakı-Tiflis-Qars dəmir yolunun vasitəsi ilə regionu türkləşdirməkdən ibarətdir. Odur ki, biz bunu nəzərə alaraq Ba kı-Ankaranın ermənilərlə bağlı hazırladıqları plana qarşı mübarizə aparacayıq. Siz soruşursunuz ki, yerli erməni sakinləri niyə Gürcüstanın Avropa İttifaqına və ya NATO-ya inteqrasiyasına qarşı çıxırlar? Çünki, ermənilər bilirlər ki, belə olan hal da regionda Türkiyənin mövqeyi bərkiyəcək. Buna görə də, yerli ermənilər Gürcüs tanın Rusiyaya inteqrasiya olunmasını istəyirlər. Biz Türkiyə-Azərbaycanın region da həyata keçirdiyi hər hansı iqtisadi layihəsini özümüzə təhlükə sayırıq”.

Portalın müxbiri daha sonra Axalkalaki rayonunun əhalisi ilə görüşüb. Sorğulanan sıravi ermənilərin əksəriyyəti Bakı-Tiflis-Qars dəmir yolunun fəaliyyətinə qarşı çı xıb. Bildiriblər ki, Gürcüstan Rusiyaya inteqrasiya olunmalıdır. Əks halda güya Tü rkiyə-Azərbaycanın vahid iqtisadi layihələri tez-gec regionda ermənilərin mədəni asimilyasiyasına səbəb olacaq. Müxbir daha sonra Axalkalakinin mərkəzi bazarına yollanıb. Orada da eyni sözləri eşidib. Hətta, çoxsu 62-ci Rusiya bazasının rayon dan çıxarılmasına qarşı çıxıb.

Məsələ "Forum.ge” portalında "Donuz ermənilərin çirkin təbliğatları” başlıqla müzakirəyə çıxarılıb. Qeyd edilib ki, "Newposts.ge” portalı bununla erməni separatçıların təbliğatını aparır və gürcü ictimaiyyəti arasında anti-erməni əhval-ruhiyyəsini daha da atırır.  Bildirilib ki, regionda ermənilərin gürcülərə və Gürcüstan dövlətçiliyinə olduğu münasibətini hamı bilir və portal bunu daha da açıq şəkildə göstərib. Forumçuların əksəriyyəti belə hesab edir ki, hakim "Gürcü Arzusu Koalisiyası” opponentlərindən qisas almaq əvəzində regiona fikir verməli və Vaaqn Çaxalyan kimi donuz separatçıların həbsinə başlamalıdır. Vurğulanıb ki, portal ın məsələləri regiondakı erməni separatçılarına qarşı cinayət işinin qaldırılmasına imkan yaradır. Bəzi forumçunun fikrincə, Ermənistan parlamentinin deputatı Şirak Torosyanın anti-Gürcüstan xarakterli bəyanatlarından sonra son 1 həftə ərzində gürcü ictimaiyyəti arasında ermənilərə nifrət çoxalıb. Portalın bu süjeti isə gürcü-erməni münasibətlərinin daha da gərginləşdirməsinə səbəb yaradır.

Niyazi Hüseynov,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}