Əfqanıstanda matəmdir: ölü sayı 103-ə çatdı

 

Əfqanıstanın paytaxtı Kabilin mərkəzində törədilən terror aktı nəticəsində ölənlərin sayı 103 nəfərə çatıb.

Bu barədə "1 TV" telekanalı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Qeyd edilir ki, hadisə zamanı yaralananların sayı 235 nəfərdir. Daha əvvəl terror aktı zamanı 95 nəfərin öldüyü, 191 nəfərin xəsarət aldığı bildirilirdi.

***11:58

Əfqanıstan hökuməti Kabildə törədilmiş terror aktında çoxsaylı tələfatla əlaqədar bu gün milli matəm elan edib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, Kabil sakinləri üçün bazar ertəsi də qeyri-iş günü elan olunub.

Qeyd edək ki, dünən paytaxt Kabilin

diplomatik korpusların olduğu Vəzir-Əkbər-Xan məhəlləsində törədilən partlayış nəticəsində 95 nəfər ölüb, 191 nəfər yaralanıb. Habelə ətrafdakı binalara ziyan dəyib, şüşələr qırılıb.

Partlayışa görə məsuliyyəti "Taliban" Hərəkatı öz üzərinə götürüb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}