Azərbaycan və İran arasında müqavilə imzalandı – Rusiyanın ilk sınaq qatarı ilə bağlı

Azərbaycan və İran arasında müqavilə imzalandı – Rusiyanın ilk sınaq qatarı ilə bağlı

 

Fevralın 3-də İranın Astara şəhərində İran Dövlət Dəmir Yolları İdarəsinin beynəlxalq əlaqələr idarəsinin direktoru Abbas Nəzəri və "Azərbaycandan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədr müavini Zaman Novruzov arasında görüş keçirilib.

Görüşdə "Azərbaycandan Dəmir Yolları" QSC-nin kompleks terminalının rəhbəri Ramin İsmayılov və iki ölkənin sərhədçiləri iştirak ediblər.

Görüşdə Rusiyanın Sankt-Peterburq şəhərindən yola salınan və MDF məhsulu daşıyan ilk sınaq yük qatarının Astara-Astara dəmir yolundan keçməklə İranın Astara terminalında öz yükünü boşaltması haqqında  razılıq əldə olunub. Bununla əlaqədar İran Dövlət Dəmir Yolları İdarəsi və "Azərbaycandan Dəmir Yolları" QSC arasında müqavilə imzalanıb. 


 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}