YAVƏR CAMALOVUN ZAVODLARINDA 4 İLDƏ 4 PARTLAYIŞ

 

Qəsd, yoxsa səhlənkarlıq - həssas məqamda baş verən hadisə şübhələrə yol açır

Müdafiə Sənayesi Nazirliyinin daha bir zavodunda - Bakının Xətai rayonunda yerləşən "Radioquraşdırma” İstehsalat Birliyində fevralın 6-da yanğınla müşahidə edilən partlayış baş verdi.

Fövqəladə Hallar Nazirliyinin (FHN) "Radioquraşdırma” zavodunda partlayışla nəticələnən yanğınla bağlı yaydığı məlumatda bildirilib ki, hadisə ümumi sahəsi təqribən 250 kvadratmetr olan pirotexniki məhsulların saxlandığı anbarda baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin ilk yanğın bölmələri hadisə yerinə saat 19:20-də çatıb. Yanğın saat 20:08 dəqiqədə söndürülüb. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat daxil olmayıb. Partlayışın meydana gəlməsi səbəbi haqda məlumat verilmir.

Bu hadisə ötənlərdə baş verən oxşar olayları da diqqət mərkəzinə gətirib...

Partlayış seriyası MSN-i niyə bürüyüb?

Partlayış baş verən zavoda müdafiə sənayesi naziri Yavər Camalov, fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov gediblər. Əraziyə ilkin baxış keçirilib.

"Radiozavod” 1948-ci ildə Yerli Sənaye Nazirliyinin tabeliyində yaradılıb. Zavodun ilk məhsulu "Rekord” və "Qranit” lampalı radioqəbuledicilər olub. 2006-cı ildən zavod Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərir. Qeyd etdiyimiz kimi, bu, MSN-in tabeliyində olan və partlayış baş verən ilk zavod deyil. 2015, 2016-cı illərdə Yavər Camalovun rəhbərlik etdiyi nazirliyin tabeliyindəki daha 2 zavodda yanğınla müşayiət olunan partlayışlar baş vermişdi.

2015-ci il iyul ayının 6-da Müdafiə Sənayesi Nazirliyinin Şirvanda yerləşən "Telemexanika” zavodunda partlayış baş vermişdi. Hərbi təyinatlı zavodda baş verən, 1 nəfərin ölümü, 19 nəfərin yaralanması ilə nəticələnən güclü partlayışdan sonra tezliklə olayın hansı səbəbdən meydana gəlməsinin açıqlanacağı gözlənilirdi. Şirvan Şəhər Prokurorluğunda başlanan cinayət işi partlayışdan sonra yaranan suallara cavab vermədi.

MSN-in Şirvandakı zavodundakı partlayışdan 1 ay sonra Müdafiə Sənayesi Nazirliyinin Xəzər rayonu ərazisindəki daha bir zavodunda partlayışla müşayiət olunan yanğın baş verib. MSN-in "İqlim” Elmi-İstehsalat Müəssisəsinə daxil olan zavodda avqustun 6-da baş verən yanğını söndürmək üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin 20-yə yaxın yanğınsöndürən maşını cəlb olunmuşdu.

Əraziyə müdafiə sənayesi naziri Yavər Camalov, onun müavinləri, fövqəladə hallar nazirinin müavinləri və yüksək çinli şöbə rəisləri də getmişdilər. Zavod hərbi təyinatlı və qapalı olduğundan hadisə yerinə mətbuat nümayəndələri buraxılmamışdı. Yanğın yarımzirzəmi, divarları iç tərəfdən rezin materialla əhatələnən böyük bir tikilidə baş verdiyindən yanğınsöndürənlər içəri daxil ola bilməyiblər. Rezin materialın yanması nəticəsində əmələ gələn qatı duman da alovu ram etmək istəyən yanğınsöndürənlərə ciddi çətinliklər yaradıb. Alov sutka yarımdan sonra söndürülüb. Hərbi təyinatlı zavodda yanğının hansı səbəbdən meydana gəlməsi ictimiyyətdən gizli saxlanıldı. Baş vermiş olay zamanı zavodun işçilərinin xəsarət alması və ya zəhərlənməsi haqda məlumat verilmədi.

Partlayışlar müdafiə sənayesi nazirini çətin duruma salsa da...

SON DƏQİQƏ! Bakıda GÜCLÜ PARTLAYIŞ - Ölən və yaralananların olduğu deyilir

Bir-birinin ardınca, 1 ay fasilə ilə baş verən yanğınla müşayiət olunan partlayışlar müdafiə sənayesi nazirini çətin duruma salsa da, Y.Camalov nazirliyə tabe olan bütün müəssisə və təşkilatlarda yanğın təhlükəsizliyinə cavabdeh şəxsləri toplayaraq onlara xüsusi tapşırıqlar versə də, cəmi 1 il sakitlik oldu.

"Telemexanika” zavodunda 2015-ci ilin iyulunda baş verən olayın səbəbi gizli qaldığı bir vaxtda miqyasına və ölənlərin sayına görə daha dəhşətli partlayış xəbəri yenə də Şirvandan gəldi. "Telemexanika” zavodundakı partlayışın səsini yaxınlıqdakı yaşayış binalarının sakinləri eşitmişdilərsə, bu zavodun qonşuluğunda yerləşən "Araz” zavodunda 1 il sonra - 2016-cı il iyulun 26-dakı dəhşətli partlayışın səsi 10 kilometr aralıdan eşidilirdi. Partlayış zamanı göydə uçuşan mərmilərdən bəziləri hətta Şirvan şəhərinin mərkəzi prospektinə də gedib düşmüşdü. Bu partlayış ölkənin gündəmini dəyişən olaya çevrilmişdi. "Araz” zavodunda baş verən partlayışla da bağlı Şirvan Şəhər Prokurorluğunda cinayət işi başlandı, amma nəticə açıqlanmadı...

"Araz” zavodunun sexlərinin birində baş vermiş yanğın və partlayış nəticəsində 1959-cu il təvəllüdlü Raziyyə Süleymanova aldığı yanıq xəsarətlərindən hadisə yerində dünyasını dəyişmişdi, sexdə işləyən digər şəxslər müxtəlif dərəcəli bədən xəsarətləri almışdılar. Hadisə nəticəsində xəsarət alanlardan 12 nəfər ilk tibbi yardım göstərilməklə evlərinə yola salınmışdılar. 9 nəfər isə stasionar müayinə üçün şəhər mərkəzi xəstəxanasına yerləşdirilmişdi. Maraqlıdır ki, Müdafiə Sənayesi Nazirliyinin olayla bağlı məlumatında zavodun sexlərindən birində yaranmış qısaqapanma nəticəsində sıçrayış olduğu və nəticədə 20 kvadratmetr sahədə yanğın baş verdiyi qeyd olunurdu.

Ümumiyyətlə isə "Radiozavod”da baş verən partlayışın qəfil prezident seçkilərinin elan olunmasından sonrakı günə təsadüf etməsi şübhələrə də yol açır. Zavoddakı partlayışın qəsdən törədilməsi ilə bağlı iddialar səsləndirənlər də tapılır. Bir maraqlı nüans da odur ki, bu partlayışa qədər, xüsusilə son 15 gündə Bakıda hər gün yanğın və partlayış baş verir. 2018-ci il yanvarın 27-də Bakının mərkəzi küçələrindən birində dəhşətli partlayış meydana gəldi. Partlayışın qaz sızmasından baş verdiyi elan olundu. Sonrakı və əvvəlki günlərdə də oxşar hadisələr baş verib...

MSN-in 4 zavodunda son 4 ildə baş verən yanğınla müşayiət olunan partlayışların hansı səbəbdən meydana gəlməsi sirr olaraq saxlanılır, şəhərin mərkəzində partlayışın səbəbi də elə o formada... Diqqəti cəlb edən daha bir məqam: Dilarə Əliyeva küçəsində yerləşən və partlayış baş verən bina tariximizə qanla yazılan, 2009-cu il aprelin 30-da baş verən dəhşətli bir faciəyə şahidlik etmiş Azərbaycan Dövlət Neft Akademiyasının bir addımlığındadır. Həmin gün Fərda Qədirov əlinə silah alıb ADNA-ya daxil olub qarşısına keçən hər kəsə atəş açmışdı. Qanlı olay zamanı 12 nəfər dünyasını dəyişib, 13 nəfər isə yaralanmışdı. Bu olaydan əvvəl isə Bakıda, Xətai rayonu ərazisində bir neçə binanın, uşaq bağçasını qidalandıran transformator məntəqəsində qısaqapanma törədilmişdi. Hadisə yerinə gələn "Azərenerji”nin təmir briqadası transformator məntəqəsinə daxil olmaq istədikdə qapıya quraşdırılmış partlayıcı vasitə partlamışdı. Nəticədə "Azərenerji”nin 2 əməkdaşı hadisə yerində ölmüşdü, bir neçəsi isə yaralanmışdı. O dövrdə bu məsələyə dair geniş açıqlama da verilmədi. ADNA-dakı qanlı hadisə də terror kimi təsbit olunmasa da, bunun miqyasını kiçiltmək mümkün olmadı...

Bu kimi olaylar adətən siyasi həssas məqamlarda baş verdiyindən və prezident seçkisi elan ediləndən bir gün sonra bu partlayışın baş verməsi müvafiq qurumların və vətəndaşların son dərəcə ayıq-sayıq olmasını zəruri 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}