Türkiyə ordusu Afrində strateji yüksəkliyi ələ keçirib

 

Türkiyə Silahlı Qüvvələrinin (SQ) Suriyanın Afrin bölgəsində apardığı "Zeytun budağı" əməliyyatı çərçivəsində terrorçulardan azad edilən yaşayış məntəqələrinin sayı 52-ə çatıb. Bu barədə Türkiyə SQ Baş Qərargahı xəbər yayıb.

Baş Qərargahın yaydığı məlumatda qeyd edilir ki, bu gün səhər saatlarından başlayan əməliyyatlar nəticəsində Məhəmmədiyə yaşayış məntəqəsi və Amara adlı strateji yüksəklik terrorçulardan azad edilib.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}