Gürcü politoloqu: “Ermənistana moral oxumağın mənası yoxdur”


 

Gürcü politoloqu:  “Ermənistana moral oxumağın mənası yoxdur”

 

"Kviris palitra” ("Həftəlik palitra”) qəzetində Gürcüstanın tanınmış politoloqlarından Tamar Kiknadzenin müsahibəsi dərc olunub. Girişdə qeyd edilib ki, bir qədər əvvəl Nyu-Yorkda BMT-nin Baş Assambleyası tərəfindən "Gürcüstandan məcburi köçkünlərin və qaçqınların statusu haqqında” növbəti qətnamə qəbul edilib. Bununla da məcburi köçkünlərin fundamental haqqları hüquqi şəkildə bərpa olunub. Bildirilib ki, işğal altında olan Abxaziya, Cənubi Osetiya və Azərbaycanın Dağlıq Qarabağ haqqında BMT tərəfindən qətnamələr qəbul olunsa da, bu vaxta qədər bunu yerinə yetirən yoxdur.

Girişdə deyilir ki, görəsən, Gürcüstanla bağlı qəbul edilən qətnamələrə qarşı çıxan Ermənistana necə təsir etmək olar? Halbuki, BMT-nin Baş Assambleyasının Abxaziya və Cənubi Osetiya haqqında qəbul edilən qətnamələrə rəsmi Yerevan həmişə Rusiyanın mövqeyini dəstəkləyib. Bu isə gürcü ictimaiyyətində qəti narazılıq yaradır. Qəzet yazır ki, rəsmi Yerevanın Tiflisə qarşı belə neqativ mövqe nümayiş etdirməsi iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərə bilər. Məsələyə münasibət bildirən politoloq Tamar Kiknadzenin fikrincə, BMT-nin qətnaməsinə əsasən, məcburi köçkünlər (milliyyətindən asılı olmayaraq) şərtsiz öz yerlərinə və evlərinə qayıtmalıdırlar. Yəni Abxaziyaya və Cənubi Osetiyaya. Onun açıqlamasına görə, BMT-nin son iclasında bu məsələdə Gürcüstanın tərəfini saxlayan ölkələrin sayı 75-ə qalxdı. Bu isə o deməkdir ki, beynəlxalq cəmiyyət haqsızlıqlarla barışmaq fikrində deyil. 

Politoloq: "Qonşumuz Ermənistan bizə qarşı çox mənfi addım atır və regionda öz maraqlarından çıxış edir. Bu ölkə Rusiyanın strateji tərəfdaşıdır, Avrasiya İttifaqının üzvüdür və Azərbaycanla da ciddi problemi var. Yəni söhbət Dağlıq Qarabağdan 1 milyondan çox azərbaycanlı məcburi köçkünlərdən gedir. Yerevan qorxur ki, BMT Baş Assambleyasının iclaslarında Gürcüstanın mövqeyini dəstəkləsə, onda 1 milyondan çox azərbaycanlının Qarabağa qaytarılması ilə razılaşmalı olacaq. Buna görə də, Ermənistana moral oxumağın mənası yoxdur. Bunun bir çıxış yolu var ki, Gürcüstan rəhbərliyi diplomatik və kozır resurlarını gücləndirməli, Ermənistanla və Rusiya ilə siyasi ticarətə başlamalıdır”. Məqalənin sonunda bildirilib ki, Abxaziya da hazırda 43.8% - abxaz, 21.3% - gürcü, 20.8% - erməni, 10.8% - rus yaşayır.

 

Niyazi

Hüseynov,

"Yeni Sözçü” qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}