Azərbaycan üçün Həcc kvotası 2000 nəfərə qaldırıldı – 4150 dollar xərci var

 


 

Bu il Azərbaycandan Həcc ziyarəti ilə bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ilə Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi arasında müqavilə yenilənib.

APA-nın məlumatına görə, müqavilədə bu il Azərbaycandan Həcc ziyarəti üçün nəzərdə tutulan zəvvar kvotası 600-dən 2000-ə qaldırılıb.

Qeyd edək ki, Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu bu həftənin əvvəlində başlayıb. 

Artıq 100-dən çox zəvvar səfər üçün QMİ-də qeydiyyatdan keçib.

Ziyarətin qiyməti 4150 ABŞ dollarıdır.

Ziyarəti Azərbaycandan yalnız QMİ təşkil edir.


Oxşar Xəbərlər

Xəbər lenti