AzTV sədrinə qarşı sui-qəsd cəhdində təqsirləndirilənlərin məhkəməsi başladı

 

"Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri" QSC-nin sədri Arif Alışanova qarşı sui-qəsd təşkil etməkdə, qəsdən adam öldürməyə cəhddə və dələduzluqda ittiham olunanlar - Şücayət Əkbərov, Qoçalı Cəbiyev, Zöhrab Şirinov və Aqşin Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Virtualaz.org saytının xəbərinə görə, prosesə hakim Əfqan Hacıyev sədrlik edib.

Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə zərərçəkmiş şəxs qismində tanınan Arif Alışanovun nümayəndəsi Zaur Abbasov iştirak edib.

Təqsirləndirilən şəxs Şücaət Əkbərovun vəkili Bəxtiyar Hacıyev cinayət işinin materialları ilə tanış olmaq üçün məhkəmədən vsxt istəyib.

Bu səbəbdən növbəti proses martın 1-nə təyin edilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.5, 29,120.2.6, 29,120.2.7, 29,120.2.10-cu (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən, tamah məqsədi ilə, başqa cinayəti gizlətməklə, daha çox şəxsi öldürməyə cəhd), 178.3.2-ci (dələduzluq), 228.3-cü (odlu silah saxlama) maddələri ilə ittiham elan edilib.

Şücayət Əkbərov 2013-cü ilin iyul ayından 2017-ci ilin yanvar ayınadək olan dövr ərzində Şamaxı rayonunda və Baki şəhərində Arif Alışanovun külli miqdarda əmlakını ələ keşirmək və ona qarşı sui-qəsd hazirlamaq məqsədi ilə mütəşəkkil dəstə yaradıb.

Mütəşəkkil dəstənin üzvləri Arif Alışanova qarşı sui-qəsd hazırlayıblar. Lakin niyyətlərini başa çatdıra bilməyiblər.

Şücayət Məmmədov Arif Alışanovun 4 milyon 641 min 696 manatlıq əmlakını ələ keçirməkdə ittiham edilir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}