Oqtay Əsədov: “ Avropa parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır”

 

"Ermənistan məktəblərində Xocalı soyqırımı, Ermənistanın Azərbaycanı işğal faktı və Azərbaycanda millətlərin birgə yaşayışı ilə bağlı yanlış təbliğatlar aparılır”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Şahin İsmayılov bildirib. O qeyd edib ki, rəhbərlik etdiyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı bununla bağlı araşdırma aparıb və faktlar tapıb.

Spiker Oqtay Əsədov ondan faktları təqdim etməsini xahiş edib: "Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə işlərə başlamışıq, bu faktlar bizə lazım olacaq”.

O.Əsədov əlavə edib ki, Avropa parlamentində Xocalı soyqırımı ilə bağlı bəyanat hazırlanır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}