Əli Babayev: "Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı münasibətləri pozmaq istəyən qüvvələr var"

 

Müsahibimiz Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayevdir.

 

-Əli müəllim, son dövrlər Gürcüstanda baş verən hadisələr barədə danışmağınızı xahiş edirəm.

- İlk növbədə Gürcüstanda keçirilən seçkilərə toxunmaq istəyirəm. Seçkilər gərgin şəraitdə keçirildi. Eyni zamanda seçkilər şəffaf və demokratik olaraq keçirildi. Ondan öncə seçkilər birinci turda başa başa çatdırılırdı. Bu seçkilərdə isə, müəyyən seçki dairələrində ikinci turun keçirilməsi zərurəti yarandı. Son nəticədə "Gürcü arzusu" iqtidar partiyası qələbə çaldı. Tianetidə və bir neçə secki dairəsində müxalifət qələbə çaldı. Bu da onu göstərir ki, Gürcüstan demokratik   ölkədir. Gürcüstan Avropaya , Natoya inteqrasiya etmək istəyir. Əlbəttə ki, bu inteqasiya prosesinə uzun bir vaxt lazımdır. İnsanların şüurunda da inteqrasiya prosesi getməlidir. Gürcüstanda yaşayan soydaşlarımız da bu prosesə fəal qoşulmuşlar. Bizim soyadaşlarımızın yığcam yaşadığı bölgələrdə müəyyən yeniliklər var. Seçicilər seckilərə böyük ümidlə iştirak etdilər, amma müəyyən passivlik də özünü göstərirdi. Bu seçkilərdə onu xüsusilə qeyd etmək istəyirəm ki, Gürcüstanda böyük rayonlardan biri olan, yüz mindən çox soydaşımızın yaşadığı Marneludə mer vəzifəsinə soydaşımız seçildi. Bu da böyük qələbədir. Əlbəttə ki, bizim üçün yaxşı olardı ki, Temur Abazov kimi inteqrasiya olunmuş gənclərimiz başqa rayonlarda da fəallıq göstərə idilər. Birlik üçün, Gürcüstanın mənafeyi üçün, soydaşlarımızın cəmiyyətə inteqrasiyası üçün ciddi addımlar atmalı idilər. Hələlik, bunu Bolnisi, Dmanisi, Qardabani rayonlarında görmürük. Bu rayonlarda da gərək fəallıq ola, rayon rəhbərliyində azərbaycanlılar layiqli şəkildə təmsil oluna bilərlər. Onlara da biz dəstək olmalıyıq. Gürcüstan bizim vətənimizdir. Burda başqa millətlərlə yanaşı biz də onun gələcəyini düşünək, qonşu dövlərlər ilə, Türkiyə və Azərbaycan ilə əlaqələr prosesində biz gərək fəal iştirak edək. Türkiyə-Azərbaycan münasibətləri gündə-günə genişlənir və bu  əlaqələri mən alqışlayıram. Bu yaxınlarda, daha doğrusu, seçkilərdən sonra Bakı-Tbilisi -Qars dəmiryolunun açılışını xüsusilə qeyd etmək istəyirəm. Bu hadisə bizim üçün böyük bir bayram idi. Hələlik bu yol ilə yük daşınır. Bu yol Qafqazda mühüm bir yoldur. Qardaşlıq, dostluq yoludur. Orta Asiyadan Qafqaza, Qafqazdan Avropaya açılan yoldur. Gələcəkdə Çinin də bu yola boyük marağı var. May ayında bu yol ilə sərnişin daşınması həyata keçiriləcəkdir ki, bu da bizim üçün çox əhəmiyyətlidir. Əlbəttə ki, inteqreasiya prosesini davam etdirməliyik. Biz həmişə mübarizə aparmışıq ki, Gürcüstanda soydaşlarımız çəmiyyətə inteqrasiya olunsun, idarəetmə strukturlarında soydaşlarımızın sayının çox  olmasını arzulayırıq. Hələlik biz bunu görmürük. İqtidar partiyasının təsisçilərindən biri, partiyanın siyasi şurasının keçmiş üzvü, onun fəal üzvlərindən biri olmağıma baxmayaraq, qətiyyətlə deyə bilərəm ki, soydaşlarımızdan idarəetmə strukturlarında az təmsil olunurlar. Ola bilər ki, beş il, on il bundan əvvəl o qədər bizim potensialımız yox idi. İndi isə kifayət qədər bacarıqlı, istedadlı, dövlət dilini bilən fəal gənclərimiz vardır. Onların nazirliklərdə, idarələrdə, digər idarəermə strukrurlarında olması vacidir.

-Əli müəllim, Gürcüstanda minlərlə qeyri-hökumət təşkilatı mövcuddur. Soydaşlarımız tərəfindən yaradılan bu cür təşkilatlar yetərincədir. Olarsa bu barədə danışasınız.

 -Demokratik ölkələrdə olduğu kimi, Gürcüstanda da sərbəstlikdir. İstənilən şəxs qeyri-hökuməıt təşkilatı yarada bilər, Gürcüstanın ictimai-siyasi həyatında fəal iştirak edə bilərlər. Təşkilat yaratmaq üçün böyük maliyyə vəsaiti tələb olunmur, 105 lari qeydiyyatına, 15 lari də möhürünə verilir. Vəssalam. Adını da qoyur qeyri- hökumət təşkilatı. Amma o, hər halda bilməlidir ki, bu təşkilat nə üçün  yaratdır, onun məqsədi və məramı nədir, nə olmalıdır. Bu sahədə bizdə vəziyyət heç də ürəkaçan deyil. Məndə olan məlumata görə, Gürcüstanda soydaşlarımız 160-dan çox qeyru- hökumət təşkilatları yaradıblar. Maşallah olsun, onlara da elə adlar qoyurlar ki, soydaşlarımızın hüquqlarının müdafiəsində, mədəniyyətin, dinin inkişafında, tarixi abidələrin qorunmasında mühüm işlər görəcəklərini düşünürsən. Əslində isə bu təşkilatlar Gürcüstanda heç bir ictimai-siyasi hadisələrə qarışmırlar və passivlik göstərirlər. Bu adamların heç bir fəallığı görünmür. Ayrı-ayrı qruplaşmalar yaradırlar, dedi-qodudan başqa əllərindəh heçnə gəlmir. Bəziləri Arnold Stepanyanın ətrafında birləşiblər. Soydaşlarımızın adı ilə də müəyyən qrantlar əldə edən bu şəxs onlardan istifadə edir. Guya beynəlmiləl təşkilat yaradıb. Bolgələrdə onun peykləri olan soydaşlarımızın bir iş gördüklərini bilən varmı, eşidən varmı?! Bəziləri də, Marneulidə olan mafioz qruplaşmalar var, onların ətrafına toplaşıblar. Mövsümdə, ildə bir dəfə nəsə edirlər. gözdən pərdə asırlar. Bolnisidə, Dmanisidə, Qardabanidə qeyri- hökumər təşkilatları çox passivdirlər. Onların varlığı heç hiss olunmur da. Kütləvi informasiya vasitələrindən sonra qeyri- hökumət təşkilatları gəlir. Bu və ya digər məsələlərə baxmaq, münasibət bildirmək onların bilavasitə borcudur. Amma onların fəalyyyəti görünmür, Kaxeti bölgəsində, soydaşlarımızın yığcam yaşadığı bölgələrdə fəaliyyətləri çox zəifdir. Bunun da səbəbləri vardır. Mən açıq demək istəyirəm. Azərbaycanın təşkilatları, qeyri-hökumət sistemi elə qurulubdur ki, Azərbaycanda prezident yanında qeyri -hökumət təşkilatları şurasına ayrılan ayrı-ayrı qrantlar ordakı qeyri -hökumət təşkilatları götürürlər. Sonra onlar, beynəlxalq səviyyədə görünməkləri üçün Gürcüstana gəlirlər, bunu etdik, onu etdik deyirlər. Özlərini reklam edirlər. Halbuki, Gürcüstanda yaşayan azərbaycanlıları Diasporlarla iş üzrə dövlər komitəsi əvvəllər dəstəkləyirdi, 8-ə qədər qəzet nəşr edilirdi, jurnallar buraxılırdı, başqa-başqa sahədə qrantlar ayrılırdı. Ancaq 5 ildir ki, bu qrantlar dayandırılıb. Səbəbini bu günə qədər bilmirik. Maliyyəlıəşdirmə prosesləri də dayandırılıb. SOCAR şirkətinin Gürcüstan ictimaiyyətində rolu böyükdür. bizdə olan məlumata görə, əlaçı tələbələrə yardım edilir, təqaüdlər verilir, təhsil haqqlarını ödənilir, amma digər sosial proqramların hamısı dayandırılıb. Bu da Gürcüstanda yaşayan soydaşlarımızın qeyri-hökumət sistemini çətin bir dururma salıb. Artıq bir neçə cəmiyyət öz fəaliyyətini dayandırıb, çünki heç bir yerdən maddi dəstək al bilmirlər. Tbilisidəki qeyri-hökumət təşkilatları arasında bir neçəsi doğrudan da işlər görür. Mədəniyyətitimizi inkişaf etdirmək üçün mədəniyyət ocaqları da fəallıq göstərməlidirlər. Bir də görürsən ki, kimsə Bakıda kitab yazıb, gəlib burda bir neçə nəfəri də yığırlar, təqdimatını keçirirlər. Ad olsun ki, Tbilisidə təqdimat keçirilib. Bəzən də bu kitabların bizə heç dəxli yoxdur. Kitabdan məlumatı olmayanlar, onu oxumayanlar da ümumi sözlər söyləyir, ağızdolusu tərifləyirlər. Sonra da reklam edirlər ki, mədəniyyət mərkəzində belə tədbir keçirildi. Halbuki, Tiflisdən olan adlı- sanlı şəxslər yada düşmür. Qəribədir, elə Axundovun uzun müddətə kreditlə tikdirdiyi, indi onun adını daşıyan Azərbaycan mədəniyyəti muzeyi Axundovun anadan olduğu, vəfat etdiyi günləri qeyd etmir. İrsi təhqiq olunmur. Formal tədbirlərin keçirilməsi də muzeyin əsas işlərindən birinə çevrilmişdir.

 -Əli müəllim, millət vəkillərimiz barədə nə deyə bilərsiniz?

-Parlamendə dörd nəfər deputatımız var. Üç nəfəri iqtidar partiyasından, bir nəfəri müxalifətdən. Onlardan ikisi majoritar deputatdır, Marneuli və Qardabani rayonu üzrə, o biriləri isə partiya siyahısı ilə seçilib. Ümumi götürəndə, üçü Marneuli rayonundandır. Onların fəalyyətini izləyirik. Qəribədir, onlar parlament iclaslarında iştirak etməmələrinə görə də fərqlənirlər. Aparılan tədqiqatın nəticələrinə görə, məlum olmuşdur ki, Azər Süleymanov iclasların 62 %-də, Mahir Dərziyev 46%-də, Savalan Mirzəyev 35%-də, Ruslan Hacıyev 28%-də qatılmayıb. Gürcüstan parlamentində qanun çərçivəsində dili bilməynlər üçün bütün günü oturmaq əlbəttə ki, çətindir. Saatlarla oturmaq dözülməzdir onlar üçün. Odur ki, biz öz fikrimizi ictimaiyyətə çatdırmaq istəyirik ki, Gürcüstan konstitusiyası ilə parlamentin üzvü dövlət dilini bilməlidir. Bu ənənə bizdə çoxdan davam edir. Parlamentə o adamlar düşür ki, gürcü dilini, dövlət dilini bilmirlər. Bu da xoşagəlməz hallara gətirib çıxardır. Öz problemləri ilə əlaqədar bizim cəmiyyətə Qardabanidən, Marneulidən, Bolnisdən, Dmanisidən insanlar gəlır. Onlar qeyd edirlər ki, yerlərdə deputatların yanına gedəndə bizi qəbul etmirlər. Bizim vaxtımız yoxdur deyirlər. Biz onları qəbul edir, problemlərini dinləyir, müvafiq olaraq nazirliklərə idarələrə rəsmi şəkildə müraciət edirik. Elə bu günlərdə Bolnisinin kəndlərində oldum. Onların problemləri ilə yaxından tanış oldum. Müəyyən işlərdə onlara yardım edilməsinə söz verdim. Bilirik ki, deputarlar yaxşı maaş alırlar. Majoritar deputatların yerlərdə büroları vardır, işçiləri vardır, vəsaitə malikdirlər. Müəyyən etdilkləri cədvəl üzrə öz seçicilərini qəbul etməyə, onların problemləri ilə tanış olmağa imkanları vardır. Parlamentdə oturub telefon ilə deyil, camaatın problemləri ilə məşğul olmaldırlar. İndiyədək 17 nəfər soydaşımız deputat olub. Bəziləri də bir neçə dəfə bu mandatı əldə edib. Heç biri   qanun təşəbbüsü ilə çıxış etməyib. Mən görməmişəm, eşitməmişəm. Aktual müzakirələrdə iştirak etdiklərini də eşitməmişəm. Bu hal doğrudan da məni narahat edir. Mən istəyirəm ki, açıq danəşam. Gələn seçkilərə kimi, yəni 2020-ci ilədək heç olmasa fəal olsunlar. İctimaiyyət görsün ki, onun dörd nəfər deputatı vardır. Onlar gərək ictimaiyyət ilə görüşsünlər. İqtidar partiyasının siyahısı ilə mandat əldə edənlər öz bölgəsindən başqa Kaxeti bölgəsində və başqa yerlərdə yaşayan soydaşlarımızın da poblemləri ilə də yaxından tanış olamalıdırlar. Mən hələ yerli bələdiyyə deputatlarından söhbət açmıram. Aparılan sorğuya görə, Marneulidə, Bolnisidə, Dmanisidən, Qardabanidə yerli seçkilərə seçilən deputatların 98 faizi gürcü dilini bilmirlər. Heç bir komitə sədrləri də onlardan seçilməyib.İndi  sadaladığım rayonlarda gürcü dilini bilən, isdedadlı, bacarlqlı gənclər yetişir. Biz onları dəstəkləməli, onların gələcək seçkilərdə iştirakını və qələbəsini təmin etməlyik.

 -Böyük layihələrdə iştirak edən qonşu dövlətlər olan Gürcüstan, Türkiyə və Azərbaycan əlaqələri barədə danışmağınızı xahiş edirəm.

 - Bu ölkələr arasında əlaqələr inkişaf edir, gələcəkdə də inkişaf edəcək. Gürcüstana ən çox sərmayə qoyan qardaş Türkiy dövlətidir.Sonra Azərbaycan gəlir. Son vaxtlar böyük layihələr həyata keçirilir, yeni-yeni strukturlar yaranır, yeni-yeni iş yerləri açılır. Onu da qeyd edim ki, müəyyən qüvvələr, qruplaşmalar da mövcuddur ki, onlar da bu ölkələr arasında əlaqələrə xələl gətirilməsinə çalışırlar. Gürcüstan kütləvi informasiya vasitələrində böhtan xarakrerli yazılardərc olunur. Mən bu yaxınlarda Azərbaycanda idim. "Quriya" agentliyində məlumat yayılmışdı ki, Qaxda xristian kilsəsində azərbaycanlılar tərəfindən vəhşilik törədilib. Qapını qırıblar, içəri soxularaq nələrsə ediblər. Biz operativ olaraq Gürcüstanın Gəncədəki konsulluğuna müraciət etdik. Mən konsul Mamuka Palavadzeyə öz minnətdarlığımı bildirirəm. Məsələ ilə məşğul olub, yerli əhali ilə görüşüblər, aydın olub ki, bu təxribat imiş. Belə hadisə  baş verməyib. Halbuki, gürcü ictimaiyyətində, kütləvi informasiya vasitələrində, sosial şəbəkədə, böyük narazılıq yaratmışdı. Əlbəttə, biz Gürcüstan Azərbaycanılılarının Milli Konqresi olaraq əvvəlcə Zaqatala, Qax, Balakən zonasına gedəcəyik və  orada yaşayan gürcülərin problremləri ilə yerindəcə tanış olacağıq. Kilsələrin, məktəblərin dururmu ilə maraqlanacağıq. Ondan sonra da Gürcüstanın başqa -başqa bolgələrində soydaşlarımızın problremləri ilə yerindəcə tanış olacağıq. Onların həyatına dair sənədli film çəkmək niyyətindəyik. Onu da qeyd edim ki, son vaxtlar çox pis mövqedə olan "Vətənpərvərlər alyansı"nın lideri David Tarxan- Mouravi və onun məsləkdaşı İrina İnaşvili və bu partiyanın üzvləri tərəfindən özlərinin"Obyektiv" tele kanalının reklamları ilə Türkiyəyə zidd olan çox pis  mövqe sərgiləyirlər. Biz bunları vaxtında pislədik, onlara cavab verdik. Bu günlərdə "İmedi" kanalı ilə onlar çıxış edərək bəyan etdilər ki, Türklər  Gürcüstanı zəbt edib, Batumini artıq mənimsəyiblər. Tbilisinin mərkəzi olan Marcanişvili məkanını türklər əllərinə keçiriblər. Mən bu üzdəniraq vətənpərvərlərə cavab verərək dedim ki, Batumidə milyonlarla  sərnayə qoyan türklərlərdir. Eləcə də Tbilisidə sərmayə qoyan türklər də vardır. Almaniyada da, Norvecdə də, ümumiyyətlə, Avropada sərbəsrtlikdir. İstənilən şəxs orda sərmayə qoyur. Bunlar isə Gürcüstanın inkişafına  qarşı çıxırlar. Onlar gürcü hakimiyyətinin də ziddinə çıxırlar. Açıq şəkildə bəyan edirəm  ki,bu ünsürlər  qonşu ölkələrdən maliyyə dəstəyi alan ekstremist qüvvələrdir, siyasi partiyalardır, qeyru- hökumət təşkilatlarıdır. Hansı dövlətləri nəzərdə tutduğumu yaxşı başa düşürsünüz. Onlar Gürcüstan -Azərbaycan münasibətlərinə də zidd hərəkətlər edirlər. Onlara qarşı bir qayda olaraq mübarizə aparmışıq və yenə də bu mübarizəni davam etdirəcəyik.

-Müsahibə üçün sağ olun, Əli müəllim!

Söhbəti qələmə aldı:Mirzə Məmmədoğlu,

"Yeni Sözçü" qəzeti



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}