Prezident, Mehriban Əliyeva, Ramiz Mehdiyev, Artur Rasizadə Xocalı abidəsini ziyarət etdi - FOTO

 Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban ƏliyevaXocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib.

Mia.az xəbər verir ki, prezident İlham Əliyev abidənin önünə əklil qoydu, soyqırımı qurbanlarının xatirəsinə ehtiramını bildirib.

Birinci vitse-prezident Mehriban Əliyeva, Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev abidənin önünə gül dəstələri qoyublar.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkət rəhbərləri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri iştirak edirdilər.

Anım mərasiminin iştirakçıları abidənin önünə tər güllər düzüblər.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}