Ziya Məmmədovun yaxın ətrafı ilə bağlı daha bir həbs xəbəri: Yenilənib

Ziya Məmmədovun yaxın ətrafı ilə bağlı daha bir həbs xəbəri: Yenilənib
Son günlər Nəqliyyat Naziri Ziya Məmmədov və onun yaxın ətrafı ilə bağlı mediada müxtəlif xəbərlər dolaşır. Onun yaxınlarda öz vəzifəsindən çıxarılacağı media dairələrində müzakirə olunan mövzulardan biridir. Mövzu ilə bağlı redaksiyamıza mötəbər mənbədən daha bir məlumat daxil olub.

Belə ki, Biləcəri Lokomotiv Deposunda ciddi yoxlamalar başlayıb. Məlumata görə, deponun baş mühasibi Şəlalə Məmmədova saxlanılıb. Saxlanılan zaman onun seyfindən onlarla əməkhaqqı kartı çıxıb. Onun hazırda Biləcəridəki evində ev dustağı olduğu və ondan ölkəni tərk etməməsi barədə iltizam alındığı bildirilir.

Xanım Məmmədova deponun keçmiş rəisi Rafiq Məmmədovun bacısı qızıdır. Rafiq Məmmədov isə Ziya Məmmədovun sağ əllərindən biri hesab olunur. Onların hər ikisi Ucar rayonundandır və Rostov Dəmiryolları İnstitutnda bir yerdə təhsil alıblar.
Medianews.az

***

Biləcəri Lokomotiv Deposunun baş mühasibi Şəlalə Məmmədovanın oğlu redaksiyamıza telefon açarar, məlumatın həqiqəti əks etdirmədiyini bildirib. Onun sözlərinə görə, anası saxlanılmayıb: "Öncə onu qeyd edim ki, Medianews.az saytının yayımladığı xəbər heç bir həqiqətə söykənmir. Anam artıq üç aydır ki, o müəssisədə çalışmır. Onu da qeyd edim ki, bizim Ziya Məmmədovla hər hansı bir qohumluq əlaqəmiz də yoxdur. Bu cür yalan məlumatların yayılmasından da narahatıq və bildiririk ki, belə bir şey olmayıb".


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}