Ermənistanda hərbi hissə komandiri həbs olunub

 

Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Dərman Bazasından külli miqdarda oğurluq olub.

 APA-nın xəbərinə görə, Ermənistan Baş Prokurorluğunun məlumatında bildirilir ki, hərbi polisin apardığı araşdırma nəticəsində məlum olub ki, 2015-2017-ci illər ərzində N saylı hərbi hissədən (Mərkəzi Dərman Bazası) 40 milyon dram (təqribən 83 min ABŞ dolları) dəyərində dərman və avadanlıqlar oğurlanıb.

 Faktla bağlı cinayət işi başlanıb, hərbi hissənin komandiri, mayor L. A. tutulub.

 Cinayətdə əli olan digər şəxslərin müəyyənləşdirilməsi üçün lazımı tədbir görülür.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}