“Bakıda bomba partlayacaq” deyən şəxs Psixiatriya Xəstəxanasına göndərildi

 

Bakı Ağır Cinayətlər Məhkəməsində Yeni il bayramında paytaxtda bomba partlayışı olacağı barədə yalan məlumat verməkdə təqsirləndirilən Elmar Qasımova hökm oxunub.

"Qafqazinfo” xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə E.Qasımovun psixi xəstəlikdən əziyyət çəkdiyi qənaətinə gəlinib və o, müalicə olunması üçün 1 saylı Respublika Psixiatriya Xəstəxanasına göndərilib.

İttihama görə, yanvarın 2-də saat 21.40 radələrində naməlum şəxs Səbail rayonu ərazisindəki mehmanxanalardan birinə bomba qoyulması barədə məlumat verib.

Bakı Şəhər Baş Polis İdarəsi və Səbail Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə bomba qoyulması barədə yalan məlumat verməkdə şübhəli bilinən Bakı şəhər sakini, 24 yaşlı Elmar Qasımov müəyyən edilərək saxlanılıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}