Jurnalistləri təhqir edən direktorla bağlı AMEA-da iclas çağırıldı –Son qərar veriləcək

Jurnalistləri təhqir edən direktorla bağlı AMEA-da iclas çağırıldı –Son qərar veriləcək

 

Jurnalistləri təhqir etdiyi deyilən Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun işinə Rəyasət Heyətinin iclasında baxılacaq.

Bu barədə AMEA-nın İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəhbəri Zülfüqar Fərzəliyev deyib. Onun sözlərinə görə, iclasda R.Məmmədovla bağlı qərar veriləcək. "AMEA-nın prezidenti Akif Əlizadə  akademiki kəskin şəkildə məzəmmət edib. Bildirildi ki, onun mövqeyi akademiyanın mövqeyi deyil. Onunla bağlı Rəyasət Heyətinin iclasında son qərar veriləcək”.

Qeyd edək ki, Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov jurnalistlərin ünvanına təhqiramız fikirlər söyləyərək, onları "bezdarnı”, "savadsız", "heç nəyə yaramayan" adlandırıb. Bununla yetinməyən akademik jurnalistlərə "küçük” deyib.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}