Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 135 mənzil alınacaq

 

Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin satın alınması ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi açıq tender elan edib.

Tender 1 lot üzrə, Bakı şəhərində mənzil növbəsində olan Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 12 ədəd 1 otaqlı, 84 ədəd 2 otaqlı, 39 ədəd 3 otaqlı mənzillərin satın alınması məqsədini daşıyır.

İddiaçılar sənədləri aprelin 25-nə qədər, tender təklifi və bank təminatını isə mayın 4-nə qədər təqdim etməlidir.

İddiaçıların təkliflərinə mayın 7-də baxılacaq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}