"Əvvəlcə cəza kəsib, sonra araşdırma aparırsınız" - Lavrov Qərbi lağa qoydu

 

"Kimyəvi Silahların Qadağan Olunması Təşkilatının İcraiyyə komitəsinin Haaqada keçirilən "Skripal işi” ilə bağlı iclası göstərdi ki, özünə hörmət edən ölkələr nağıllara inanmır".

Bu sözləri Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

"Yalnız Luis Kerolun məşhur kitabında ("Alisa möcüzələr ölkəsində”) kraliça müttəhimə əvvəlcə müəyyən vaxt cəza kəsilməsini, daha sonra münsifləri dinləyərək onun günahkar olub-olmadığını ayırd etməyi tələb edir. Ancaq Luis Kerol nağıl janrından istifadə etməklə satira yazıb. Ötən gün Haaqada baş tutan müzakirələr göstərdi ki, özünə hörmət edən yetkin insanlar nağıllara inanmır”, - Lavrov bildirib.

Qeyd edək ki, Haaqada keçirilən iclas zamanı Rusiya, Çin və İranın təklif etdiyi Solsberidə yaşananlar barədə Rusiya və Britaniyanın birgə istintaq aparması təklifini Qərb ölkələri qəbul etməyib/Axar.az.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}