Ermənistanın yeni prezidenti hökuməti istefaya göndərdi –Baş nazirin ərizəsi qəbul olundu

Ermənistanın yeni prezidenti hökuməti istefaya göndərdi –Baş nazirin ərizəsi qəbul olundu

 

Ermənistan prezidenti Armen Sərkisyan aprelin 9-da baş nazir Karen Karapetyanla görüşüb və Nazirlər Kabinetinin istefasını qəbul edib.

PRESSDAY.az Ermənistan mediasına istinadən bildirir ki, Konstitusiyaya əsasən yeni seçilən prezident vəzifəsinin icrasına başladığı gün hökumət istefa verir. Nazirlər Kabinetinin istefası qəbul olunandan 7 gün sonra parlament səs çoxluğu ilə baş naziri təyin edir. Konstitusiya qanununa görə hökumət rəhbəri seçkiləri aprelin 17-də parlamentin xüsusi iclasında keçirilməlidir.

Baş nazirin təyinatından sonrakı 15 gün müddətində yeni Nazirlər Kabinetinin tərkibi müəyyənləşdirilməlidir.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}