Azərbaycan və Türkiyə prezidentlərinin görüşü başlayıb

 

Ankara şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü başlayıb.

Türkiyə KİV-ləri xəbər verir ki, R.T.Ərdoğan Azərbaycan Prezidentini öz iqamətgahında qarşılayıb.

Bundan sonra iki ölkə liderlərinin təkbətək görüşü olacaq. Dövlət başçıları ikitərəfli əlaqələrin hazırkı vəziyyətini və daha da genişləndirilməsini, bölgədə və beynəlxalq aləmdəki əsas mövzuları müzakirə edəcəklər.

Görüşün ardınca iki ölkə prezidentləri Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasına qatılacaqlar. Şuranın toplantısından sonra Azərbaycanla Türkiyə arasında sənədlər imzalanacaq. Sonra Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan birgə mətbuat konfransı keçirəcəklər.

Görüş rəsmi nahar yeməyi ilə başa çatacaq.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}