Türkiyə əsas HƏDƏFDİR – “Əsrin razılaşması”nın ŞOK DETALLARI

Türkiyə əsas HƏDƏFDİR – “Əsrin razılaşması”nın ŞOK DETALLARI

 

Yaxın Şərqin parçalanaraq yenidən dizayn edilməsi üçün tətbiq olunması istənilən "əsrin razılaşması" layihəsinin hədəflərindən biri Türkiyədir.

Sozcu.info publika.az-a istinadən xəbər verir ki, bunu Qətərin paytaxtı Dohada təşkil edilən forumda məşhur misirli akademik Seyfuddin Abdulfəttah bildirib.

Onun sözlərinə görə, Türkiyə "əsrin razılaşması”na qarşı mübarizə aparır və çox əhəmiyətli siyasi döyüşün içindədir. Akademik ABŞ-ın Qüdslə əlaqədar qərarının "əsrin razılaşması”nın bir hissəsi olduğunu ifadə edib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın Fələstin tərəfi üçün çox ağır şərtlərin yer aldığı "əsrin razılaşması” adlı layihəni Fələstin-İsrail sülhü üçün tərəflərə təqdim etdiyi bildirilir. İddiaya görə, sözügedən şərtlər arasında Fələstin dövlətini qurmaq üçün Misirin Sinay yarımadasındakı torpaqların bir hissəsinin alınması da yer alıb.

Xatırladaq ki, ötən ilin avqustunda "The New Arab” internet saytının yazdığına görə, İsrail Sinay yarımadasında bəzi bölgələri almaq üçün Misirə müraciət edib. Sayt yazmışdı ki, Təl-Əviv - Qahirə arasında Sinay yarımadası ilə əlaqədar aparılan sövdələşməyə dair detalları öyrənən Misirin "Əl-Masriyun” qəzeti təhlükəsizlik güclərinin basqınına məruz qalıb. Sövdələşməyə dair xəbər isə "The New Arab” tərəfindən dərc edilib.

"El-Masriyun” qeyd edir ki, iqtisadiyyatı böhran vəziyyətində olan Misirə İsrail tərəfindən edilən təklif olduqca cəlbedici görünür.

Bu, Təl-Əvivin Sinay yarımadası ilə bağlı planları barədə ilk analoji xəbər deyildi. 2017-ci ilin fevral ayında KİV-in yazdığına görə, Misir prezidenti Əbdülfəttah əl-Sisi İsrailə təklif edib ki, fələstinlilər Sinay yarımadasına yerləşdirilsinlər. İddia rəsmi Təl-Əviv tərəfindən təkzib edildikdən qısa müddət sonra təqaüddə olan israilli bir general tərəfindən də təsdiqlənmişdi.

İsrailli general Arieh Eldad bildirib ki, Misir prezidenti Sinay yarımadasının bir hissəsində Fələstin dövlətinin qurulmasını təklif edib.

Fələstinin dövlət başçısı Mahmud Abbasın strateji məsələlər üzrə məsləhətçisi Hüsam Zumlut "Sinay planı”na sərt reaksiya verdi.

"Fələstinlilərin vətənlərinin sərhədləri məlumdur. Fələstinlilərin Sinay yarımadasında yerləşdirilməsi fikri İsrailin yeni siyasətidir. Bu, heç bir halda qəbul edilə bilməz”, - o deyib.

Qeyd edək ki, Sinay yarımadası Misir-İsrail sərhədində yerləşir. Sahəsi təxminən 60 min kvadrat kilometr olan yarımada Afrika qitəsi ilə Ərəbistan yarımadası arasındadır.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}