“Kirpi” Rusiya ilə sərhəddə –Təlimlərə 13 min hərbçi qatılıb

“Kirpi” Rusiya ilə sərhəddə –Təlimlərə 13 min hərbçi qatılıb

 

Mayın 2-də Estoniyada 16 ölkədən 13 min hərbçinin iştirakıyla beynəlxalq hərbi təlim başlanıb.

Sozcu.info Azadlıq Radiosuna istinadla xəbər verir ki, "Siil” ("Kirpi”) adı verilmiş bu təlim mayın 14-dək davam edəcək.

Bildirilir ki, Estoniya 1991-ci ildə keçmiş Sovet İttifaqından müstəqillik qazanandan bəri, bu, ən böyük hərbi məşq sayılır. Təlimin bir hissəsi qonşu Latviyada keçiriləcək.

Estoniya ordusundan başqa, 15 ölkədən 2 min hərbçi məşqlərdə iştirak edir.

Estoniya, Latviya və Litva Rusiyayla həmsərhəddir. NATO və Avropa Birliyinə üzv olmalarına baxmayaraq, onlar Moskvanın regiondakı niyyətlərindən narahatdırlar. Rusiya 2014-cü ilin martında Ukraynanın Krım yarımadasını ilhaq edəndən sonra bu narahatlıq daha da artıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}