Ülvi Mehdiyev "ASAN viza"nın rüsumunu açıqladı - Məbləğlər

Ülvi Mehdiyev "ASAN viza"nın rüsumunu açıqladı - Məbləğlər

 

Heydər Əliyev adına Beynəlxalq Hava limanında ASAN viza vasitəsilə əcnəbilərin ödəyəcəyi rüsumlar açıqlanıb.

"Report"un xəbərinə görə, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ("ASAN Xidmət”) sədri Ülvi Mehdiyev deyib ki, "ASAN viza"nın qiyməti 20 dollardır: "Amma aeroportda sistem necədirsə, biz də eyni qaydada işləyəcəyik, yəni viza Yaponiya üçün ödənişsizdir, Türkiyə üçün isə 10 dollardır. Digər dövlətlər üçün isə bu məbləğ 20 dollardır".

Ülvi Mehdiyev deyib ki, aeroport 24 saat işlədiyi üçün Dövlət Agentliyi də sistemi ona uyğun qurub: "İşçilər növbətçilik rejimində işləyəcək. Hər hansı texniki problem olarsa, dərhal müdaxilə olunacaq".


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}