Göyçay sakinlərindən prezidentə müraciət - “HƏYATIMIZ CİDDİ TƏHLÜKƏ ALTINDADIR...”

Göyçay sakinlərindən prezidentə müraciət - “HƏYATIMIZ CİDDİ TƏHLÜKƏ ALTINDADIR...”

 

Göyçay rayonu Cəyirli kənd sakinləri tərəfindən Sozcu.info-in redaksiyasına şikayıt məktubu daxil olub. Məktub müəllifləri bildirir ki, yaşadığı evlər, həyat və sağlamlıqları ciddi təklükə altındadır:

"Belə ki, Göyçay rayon sakini Aydın adlı şəxs 59 ailənin evi olan yaşayış massivində su arxının və böyük qaz borusunun üzərində böyük bir bina inşa etdirir ki, bu qanunsuzluqdur. Bu tikintinin altında qalan qaz borusunda hər an qəza baş verə bilər ki, nəticədə yaxınlıqda yaşayan insanların həyat və sağlamlıqlarına ciddi ziyan dəyə bilər.

Həmçinin həmin bina 59 ailənin istifadə etdiyi su arxının üzərində inşa edilir. Gələcəkdə şadlıq evi kimi istifadə ediləcək həmin tikinti evlərə bitişik inşa edilir.

Bütün hallarda həmin ərazidə bina inşa etdirilməsi ciddi qanun pozuntusudur. Hər vaxt baş verə biləcək fövqəladə hadisəyə görə məsuliyyət birbaşa bu binanın tikintisinə razılıq verən vəzifəli şəxslərin üzərinə düşəcək.

Olsun ki, bu binanın qaz borusunun və su arxının üzərində inşa edilməsindən aidiyyatı qrumların xəbəri yoxdur.

"Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 21 iyun tarixli 103 nömrəli qərarına zidd olan bu tikintiyə icazə verən vəzifəli şəxslərin əməllərində cinayət tərkibi var.

Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Baş nazir cənab Novruz Məmmədovdan, Ekologiya və Təbi Sərvətlər naziri cənab Muxtar Babayevdən, Fövqəladə Hallar naziri cənab Kəmaləddin Heydərovdan xahiş edirik ,59 ailənin evinin yerləşdiyi Cəyirli kəndində yerləşən yaşayış massivindəki böyük qaz borusunun və su arxının üzərində inşa edilən binanın tikintisinin dayandırılmasına tapşırıq verib, qanuna müvafiq təcili ciddi tədbirlər görəsiniz”.

Qeyd edək ki, məktuba Göyçay rayonunun aşağıda adları çəkilən Cəyirli kənd sakinləri imza atıb:

Rəhimov Nazim Əhməd oğlu, Rzayev Rövşən Eldar oğlu, Abışıov Abdulla Abış oğlu, Abışıov Maarif Məhəmməd oğlu, Qafarov Samir Qəfər oğlu, Əliyev Famil Yolçu oğlu, Əliyev İlkin Famil oğlu, İslamov Musa Şəmi oğlu, İsmayılov Əbülfət Sədiyar oğlu, Feyzullayev Teymur Abdurahman oğlu, Ağamalıyev İlkin Qurbanəli oğlu, Nəsirov Ceyhun Nəsrəddin oğlu, Abışov Şöhrət Ağasən oğlu, Nəsirov Vüqar Mirələm oğlu, Şıxəliyev Yamin İsmayıl oğlu.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}