“Aztelekom”un Baş diorektoru həbs edildi

“Aztelekom”un Baş diorektoru həbs edildiBir neçə rayon Telekomunikasiya Qovşsağının rəisləri də həbs edilə bilər.
Milli Təhlükəsizlik Nazirliyinin yüksək rütbəli əməkdaşlarının həbsi ilə başlayan yüksək rütbəli məmurların həbsi prosesi qısa müddətdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyini də əhatə etdi. Artıq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bir neçə yüksək vəzifəli rəsmisi, o cümlədən bu nazirlikdə əsas söz sahibi olan Vidadi Zeynalov həbs edilib.Məlumata görə, “Aztelekom” İstesalat Birliyinin Baş direktoru M. Məmmədov barəsində dünən axşam saatlarında Səbayel rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

M. Məmmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Ancaq hadisələr göstərir ki, həbslər davam edəcək. Hakimiyyət dəhlizlərində gəzən söz-söhbətə görə, yaxın günlərdə “Aztelekom” İstehsalat Birliyinin yüksək vəzifəli şəxsləri və o cümlədən də bir neçə rayon Telekomunikasiya Qovşağının rəhbəri həbs edilə bilər. Hüquq-mühafizə orqanlarındakı mənbədən “Yeni Sözçü” qəzetinə daxil olan məlumatda isə qeyd edilir ki, artıq bir neçə gündür ki, “Aztelekom” İB-nin və bu qurumun yerli orqanlarının rəhbərləri müstəntiqlərin suallarını cavablandırırlar. Hələlik mətbuata sızmayan məlumata görə, müstəntiqləri əsasən Elektron tipli ATS-lər quraşdırılması prosesi, xüsusisən də əksər rayonların mərkəzi ATS-lərinin rekonstruksiya adı altında “HUAWEI” CC-08 tipli EATS quraşdırılması, bu zaman köhnə texnologiyaların sonrakı taleyi maraqlandırır. Məsələ ondan ibarətdir ki, bu prosesin Milli Təhükəsizlik Nazirliyinin indi həbsdə olan generallarının nəzarəti altında, onların tapşrırıqlarına uyğun aparıldığı, köhnə avadanlıqları da məhz MTN işçilərinə təhvil verildiyi iddiaları var. Məlumata görə, həmin köhnə texnologiyaların tərkibində qiymətli metallar olub ki, sonradan həmin qurğular əridilərək qiymətli metallar mənimsənilib. Bu əməliyyatın bəzi məmurlara külli miqdarda qanunsuz gəlirlər gətirib. Təbii ki, bu prosesdə “Aztelekom” İB-nin və onun yerli qurumlarının rəhbərləri də çoxu öz paylarını alıblar. Doğrudur, bu əməliyyat əsasən MTN-dəki bir qrup şəxsə çox böyük pullar qazandırıb. Ancaq qurğuların, texnologiyaların əsas sahibi olan “Aztelekom” rəhbərliyi də bu gəlirdən öz payını alıb. Hüquq-mühafizə orqanlarındakı mənbədən redaksiyamıza daxil olan məlumatda o da qeyd edilir ki, müstəntiqləri maraqlandıran məqamlardan biri də yeni texnologiya kimi əsasən “HUAWEI” CC-08 və “Karel” tipli EATS-lərin quraşdırılmasıdır. Məlumata görə, “HUAWEI” CC-08 və “Karel” tipli EATS-lərin şişirdilmiş qiymətlərlə alınamsı yanaşı, bu qurğuların vətəndaşları qanunsuz dinləməyə imkan yaratmasıdır. Hələlik açıqlanmayan başqa bir məqam isə bu qurğuların xarici kəşfiyyat orqanlarının Azərbaycan vətəndaşlarının telefon dinləmələrini izləməyə imkan verməsi ilə bağlı hüquq-mühafizə orqanlarımızdakı narahatlıqla bağlıdır. Belə bir narahatlıq var ki, “HUAWEI” CC-08 və “KAREL” tipli EATS-lər xarici kəşfiyyat orqanları üçün çox əlverişli ötürücülər rolunu oynaya bilərdi. Əlbəttə, bu narahat edici məqam yəqin ki, ciddi şəkildə araşdırılcaq və hüquq-mühafizə orqanları bu məsələyə aydınlıq gətirəcək.
Redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, istintaqı maraqlandıran məqamlardan biri də 2004-cü il tarixdən “Aztelekom” İB-nin baş direktoru Məhəmməd Məmmədov yuxarıda qeyd olunan məqamlarla yanaşı İstehsalat Birliyində həyata keçirilən kadr siyasəti ilə bağlıdır. İddialar var ki, Məhəmməd Məmmədov heç bir zaman rabitə sistemində işləməmiş şəxsləri rayon Telekomunikasiya Qovşaqlarının rəisi qoymaqdan da çəkinməyib. Məsələn, “Aztelekom” İB-nin baş direktoru Məhəmməd Məmmədov heç bir zaman rabitə sistemində işləməmiş Ələkbər Həmzəyevi Astara rayon Telekomunikasiya Qovşğının rəisi təyin edib. Bu adamın tərcümeyi-halında sovxoz direktoru, əhalinin məşğulluğu mərkəzinin direktoru, əhalinin sosial müdafiəsi mərkəzinin direktoru, Astara rayon İcra Hakimiyyəti başçısının müavini, sonuncu iş yer kimi isə Astara rayon Meşə mühafizəsi və bərpası müəssəsinin direktoru olması yer alsa da, onun rabitə və telekomunikasiya mütəxəsisi olması haqqında heç bir məlumat yoxdur. Ancaq bütün bunlar Məhəmməd Məmmədova Ələkbər Həmzəyevi Astara rayon Telekomunikasiya Qovşağının rəisi təyin etməsinə mane olmamışdır. Yeri gəlmişkən “Aztelekom” İstehsalat Birliyinin tərtib etdiyi "Tədbirlər planı"na uyğun olaraq Astara TKQ-də yeni EATS-lərin tikinti və quraşdırılması prosesi aparılmışdır. Astara rayonunda yeni EATS-lərin quraşdırılması zamanı köhnə texnologiyanın taleyi də bu gün qaranlıq qalan və müstəntiqləri maraqlandıran məqamlardandır.
Yazıda yer alan məqamların həddindən artıq ilginc məqamları əhatə etməsini nəzərə alıb, mövzunu diqqətdə saxlayacağıq.
Arzuman Loğmanoğlu


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}