Nazirlikdən Saatlıdakı zəhərlənməyə reaksiya: "Bakıya gətirilən xəstələrin vəziyyəti orta-ağırdır"

 

Saatlı rayonunda pambıq tarlasında kimyəvi dərmandan zəhərlənmə diaqnozu ilə Bakıdakı Kliniki Tibbi Mərkəzin Taksokologiya şöbəsinə gətirilən 4 xəstənin vəziyyəti orta-ağırdır.

Bunu "Report”a açıqlamasında Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova deyib. 

Onun sözlərinə görə, Saatlı Rayon Mərkəzi Xəstəxanasıda müalicəsi davam edən 20 nəfərdən ikisi öz istəyi ilə evə buraxılıb: "Digər xəstələrin müalicəsi davam edir və yaxın günlərdə evə buraxılacaqlar”.

Qeyd edək ki, ötən gün Saatlının Sımada kəndi ərazisində pambıq tarlasında işləyən 20-dən çox işçi kimyəvi dərmandan zəhərlənərək Saatlı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan vəziyyəti ağır olan 4 nəfər Bakıya gətirilib və Kliniki Tibbi Mərkəzin Taksokologiya şöbəsinə yerləşdirilib. 


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}