“Hilal”Sosial Araşdırmalar” İctimai Birliyi Qazax və Ağıstafada Milli Konfrans həyata keçirib

“Hilal”Sosial Araşdırmalar” İctimai Birliyi Qazax və Ağıstafada Milli Konfrans həyata keçirib

 

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və "Hilal”Sosial Araşdırmalar” İctimai Birliyini tərəfində həyata keçirilıən"Azərbaycan Respublikası milli iqtisadiyyat perspektivləri üzrə "Strateji yol xəritəsi” barədə vətəndaşların məlumatlandırılması”layihəsi çərçivəsində,Qazax və Ağıstafa rayonları ərazisində fəaliyyət göstərən kiçik və orta sahibkarlar arasında Milli Konfrans həyata keçirib.


Konfransda layihənin rəhbəri Arzuman Abdulkərimov tərəfindən layihə və onun məqsədləri barədə geniş məlumat təqdim edilmişdir.O,bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında” 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə ümumilikdə 12 strateji yol xəritəsi hazırlanmışdır. Hazırlanmış sənədlə bağlı vətəndaşlar arasında məlumatlar yetərincə deyildir.Məhz bu layihənin əsas mahiyyəti Qazax və Agstafa rayonunda fəaliyyət göstərən sahibkarları bu barədə məlumatlandırmaqdır.

Hesab edirik ki, Azərbyacan Rüespublikasında neftdən gələn gəlirlərin azalması və qeyri neft sektorunda mövcud olan vəziyyət,ölkə iqtisadiyyatının inkişafını zəruri edən əsas amillərdən biridir.Bu problemin həlli istiqamətində xeyli qanunlar,sərəncam və fərmanların olmasına baxmayaraq problemin mövcudluğu davam edir.Və bu problemin həlli istiqamətində atılan addımlardan ən mühümü "Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”dir 2014-cü ildən başlayaraq neft qiymətlərinin kəskin azalması və ticarət tərəfdaşı ölkələrində iqtisadi böhran nəticəsində ölkədə iqtisadi artım sürətinin azalması, institusional və struktur çağırışlar, tədiyə balansı və qeyri–neft büdcə kəsiri, maliyyə–bank sektorunda baş verən proseslər fonunda Azərbaycanda yeni iqtisadi inkişaf yanaşmasına keçid zərurəti yaranmışdır.Bu problemlərin olması "Strateji yol xəritə”sini zəruri etmişdir ki,bu istiqamətdə regionlarda məlumatlandırma kompaniyalarının təşkilinə ciddi ehtiyac vardır.

Konfransda kiçik və orta sahibkarlıq üzrə Avropa Birliyi Şərq Tərəfdaşlığı Ölkələri Vətəndaş Cəmiyyəfti Forumunun eksperti İlqar Hüsüynli Strateji Yol Xəritəsi və 11 istiqamət üzrə hazırlanmış Strateji Yol Xəritələri barədə iştirakçılara geüniş təqdimat etmişdir.

Konfransda kiçik və orta sahibkarlarla yanaşı hər iki rayonun İcra Hakimiyyətinin nümayəndələri,regionda fəaliyyət göstərən QHT və mətbuat nümayəndələri və müstəqil iqtisadçı ekspertlər içtirak etmişlər.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}