TARİXİ ZƏFƏR - DÜNYAYA DEMOKRATİYA DƏRSİ! - 2023-Ə DOĞRU

TARİXİ ZƏFƏR - DÜNYAYA DEMOKRATİYA DƏRSİ! - 2023-Ə DOĞRU

 

Sozcu.info
 xəbər verir ki, Türkiyə lideri R.T.Ərdoğan səslərin 52,5 fazini almaqla bir daha seçkilərdə qələbə çalıb. Türkiyəni prezident hökuməti sisteminə aparan Ərdoğan yeni Türkiyə qurucusu olacaq prezident kimi tarixə düşdü. Prezident R.T.Ərdoğan seçkinin nəticələri ilə bağlı ilk açıqlamanı İstanbuldakı Huber Köşkündə verib.

Ərdoğan deyib: "Seçkilərin ilkin nəticələrinə görə, millətimiz bizi prezident vəzifəsinə layiq görüb. Seçkilərdə rekord sayda seçicinin iştirakını millətimizin bizə və dünyaya çox mühüm mesajı kimi qəbul edirəm. Bu, olduqca açıq mesajdır. Türkiyə sayı 90 faizə çatmaqda olan seçici iştirakı ilə bütün dünyaya demokratiya dərsi verib. Bu gün dünyada 30-35-45-50 faiz seçici iştirakı ilə seçkilərin keçirildiyi ölkələr özlərini demokrat adlandırdıqları halda, Türkiyə dünyaya demokratiya dərsini vermişdir. 50 faizə çatmayan iştirak faizləri ilə ortaya çıxan nəticələri demokratik qəbul eləyib, ölkəmizə hələ də yan baxanları bu nəticələri çox yaxşı oxumağa dəvət edirəm. Artıq seçki dövründəki mübahisələri, çəkişmələri, gərginlikləri, inciklikləri geridə qoyub ölkəmizin gələcəyinə istiqamətlənmək vaxtıdır. Qayəmiz ölkəmizi 2023 hədəflərinə çatdırmaqdır”.

Sozcu.info



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}