Vurulan Rusiya təyyarəsinin ikinci pilotunun xilas olduğu bildirilir

Vurulan Rusiya təyyarəsinin ikinci pilotunun xilas olduğu bildirilirTürkiyə Hərbi-Hava Qüvvələrinin Suriya ilə sərhəddə vurduğu Rusiya bombardmançısının ikinci pilotunun xilas edildiyinə dair məlumat yayılıb.

Livanın "Əl-Mayadeen" telekanalı Su-24 bombardmançısının ikinci pilotusunun Suriya xüsusi təyinatlı qüvvələri tərəfindən xilas olunduğunu xəbər verib. Lakin məlumat hələlik rəsmi qaynaqlardan təsdiq edilməyib.

Məlumatda deyildiyinə görə, 6 saatlıq axtarışlardan sonra pilotla rabitə yaradılıb. Bundan sonra iki saat ərzində Suriya qüvvələri pilotu üsyançıların nəzarətində olan ərazidən çıxara biliblər. Hazırda pilotun Suriyadakı Rusiya aviabazasında təhlükəsiz şəraitdə olduğu bildirilir.

Xatırladaq ki, təyyarənin ikinci pilotu türkmən silahlıları tərəfindən havada güllələnib. Həmçinin pilotların axtarışı əməliyyatına cəlb edilmiş iki Rusiya vertolyotundan biri atəşə tutulduqdan sonra məcburi eniş edib, bu zaman bir Rusiya dəniz piyadası həlak olub. Vertolyotdakı qalan hərbçilər evakuasiya edilib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}