MTN-in xanım generalı ev dustağı edildi

MTN-in xanım generalı ev dustağı edildiAzərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) Əməliyyat-Texniki İdarəsinin sabiq rəisi, general-mayor Natəvan Mirvətova barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Qeyd edək ki, dünən Baş Prokurorluğun yaydığı məlumatda MTN-in 21 sabiq əməkdaşının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyini bildirilib. 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}