18-04-2024, 19:45
1-04-2024, 15:01
16-03-2024, 14:33
14-03-2024, 23:00
11-03-2024, 15:40
İyulun 10-da Gəncə şəhərində ictimai asayişi pozmağa cəhd göstərərək xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşına küt və kəsici-deşici alətlərlə hücum edərək qətlə yetirmiş Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Böyükkişiyev Rəşad Məmmədəli oğlu ilə bağlı əməliyyat tədbirləri həyata keçirilib.
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Şəmkir rayonu, Moranlı kəndi ərazisində saxlanılarkən hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərmiş R.Böyükkişiyev əlində olan qumbaranı istifadə etməyə cəhd göstərərkən DİN-in Bakı şəhərindən getmiş xüsusi təyinatlı dəstəsi – "Aslanlar” tərəfindən məhv edilib.
Məlumatda bildirilir ki, R.Böyükkişiyev öz doğma anasını qətlə yetirdiyinə görə də həbsdə olub, həbs müddəti bitdikdən sonra isə Rusiya Federasiyasına gedib.