Dünən saxlanan jurnalist Aqil Ələsgər sərbəst buraxıldı - FOTO

 

Dünən naməlum şəxslər tərəfindən saxlanıldığı deyilən jurnalist Aqil Ələsgər sərbəst buraxılıb. Bu barədə Toğrul Allahverdili sosial şəbəkədə status və müvafiq şəkil paylaşıb. Həmin şəkildə Aqil Ələsgər övladları və dostu ilə birlikdə görüntülənib.

T.Allahverdili qeyd edib ki, jurnalist evindədir və heç bir problemi yoxdur.

***

Mətbuat Şurasının sədri Əflatun Amaşov Aqil Ələsgərin saxlanıldığını təsdiqləyib. Şura sədri bu barədə Facebook-da yazıb:"İş gününün sonuna doğru "Yeni çağ” saytının baş redaktoru Aqileflatun-amashov

Ələsgərin yaxınları tərəfindən zəng gəldi. Jurnalistlə əlaqə yaratmağın mümkünsüzlüyü bildirildi. Bütün əlaqədar qurumlarla təmaslar qurduq. Aldığımız ilkin məlumat bu oldu ki, Aqil Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Gec oldugundan məsul şəxslərlə əlaqə saxlamaq mümkün olmadı. Ancaq sabah işimizi davam etdirəcəyik. İlk addım kimi Azərbaycan Mətbuat Şurası adından Daxili İşlər Nazirliyinə müraciət ünvanlayacağıq. Jurnalistin saxlanılma səbəbini aydınlaşdırmaq lazımdır. Əlbəttə, Aqil Ələsgərlə bağlı məsələnin ədalətli, qanunlarımız çərçivəsində həlli vacibdir və buna çalışacağıq. Ümumən məsələ diqqətimizdədir”.

***

21e2dccebf8d9b301939bc37cf2b5cd4

"Yeni Çağ” Media Qrupunun rəhbəri, jurnalist Fərəcov Aqil Ələsgər oğlu yoxa çıxıb. Ailəsi iddia edir ki, onu naməlum şəxslər oğurlayıb.

Yenicag.az-ın məlumatına görə, iyulun 30-u, axşam saatlarından etibarən, "Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgərdən heç bir xəbər yoxdur.

Bu məlumatı həmin sayta açıqlamasında Aqil Ələsgərin həyat yoldaşı Günay Fərəcova da təsdiqləyib. Günay xanım bildirib ki, Aqillə sonuncu dəfə iyulun 30-u, saat 19-00 radələrində danışıb:

"Aqillə sonuncu dəfə iyulun 30-u, saat 19:00 radələrində əlaqə saxlamışıq. Danışanda bizə dedi ki, tezliklə evə gələcək. Ancaq axşam saat 21:50-dən sonra mən və anası dəfələrlə zəng etsək də, o, nə zənglərimizə, nə də "WhatsApp” mesajlarımıza cavab verdi.

Əldə etdiyim məlumata görə, Aqil sonuncu dəfə *7555 taksi xidmətindən istifadə edib. Buna görə də onun sifariş etdiyi taksinin sürücüsü ilə danışdıq və ondan öyrəndik ki, avtomobil Qala yolunda naməlum şəxslər tərəfindən saxlanılıb və Aqili özləri ilə aparıblar. Bu zaman Aqilin eynəyi də taksidə qalıb.

Hadisə ilə bağlı 102 xidmətinə müraciət etdik. Müraciətdən sonra Xəzər rayon polis idarəsinin 1 saylı polis bölməsində izahat yazdıq. Lakin həmin saatdan etibarən həyat yoldaşımdan xəbər ala bilmirik”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}