Qaraçöpdə kitab qıtlığı yaranıb

Qaraçöpdə kitab qıtlığı yaranıb

 

Azərbaycanlıların kompakt yaşadığı Qaraçöp (Saqareco) bölgəsinin kəndlərində kitabxananın olmaması ucbatından azərbaycanlı gənclərin bədii kitab və digər mövzularda kitab oxumamasında problemlər yaranıb. Gürcüstan Azərbaycanlılarının Xəbər Agentliyinin (www.gaxa.ge) məlumatına görə, bu barədə özünün facebook səhifəsində uzun illər Qaraçöpdə məktəb direktoru işləmiş, əsl vətənpərvər ziyalı, bölgədə hörmət-izzətə layiq insan olan Ağabala Xeyirxəbərov yazıb: "Bu gün Qaraçöpün bir qrup gəncləri kəntdə zəngin olmasada bir kitabxananın təşkili ilə bağlı mənə müraciət etdilər. Mən də yaşadığı yerdən, yaşından aslı olmayaraq bütün soydaşlarımıza müraciət edirəm, bu gənclərə yardımçı olaq. Bakıda yaşayanlar Bakıda, Gəncədə yaşayanlar Gəncədə, Borçalıda yaşayanlar Borçalıda əvvəlcədən təyin olunmuş bir məntəqəyə bir kitab da olsa belə hədiyyə verə bilərlər. Əvvəlcədən təşəkkürümü bildirirəm".

Biz də sayt olaraq Ağabala müəllimə gənclərə qayğı üçün etdiyi təşəbbüsə görə təşəkkürümüzü bildirir və düşünürük ki, onun bu arzusu yerinə yetəcək!

Biz qaraçöplü gənclərin kitab qıtlığının aradan qaldırılmasına yardım etmək üçün Azərbaycanın Diasporla İş Üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova da müraciət ünvanlamağı məqəsədyönlü hesab edirik. Biz həmçinin, Gürcüstan parlamentinin azərbaycanlı deputatlarına, Azərbaycan Milli Məclisinin üzvlərinə, Azərbaycanın Gürcüstandakı səfirliyinə, ziyalılarımıza Gürcüstanda azərbaycanlı gənclərin bədii və digər mövzularda nəşr olunan kitablarla təmin olunmasına yardım etmələri üçün müraciət edirik. Düşünürük ki, gənclərin bu istəyi yaxın günlərdə yerinə yetiriləcək.


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}