COŞQUN Əhmədzadə Hospitaldan TƏKZİB edir Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini Hospitala NİYƏ DÜŞÜB?!

COŞQUN Əhmədzadə Hospitaldan TƏKZİB edir Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini Hospitala NİYƏ DÜŞÜB?!

 

Dövlət Gömrük Komitəsində həyata keçirilən struktur islahatlar,ciddi kadr dəyişiklikləri, eləcə də son zamanlar vəzifəli gömrük məmurlarının həbsi ictimaiyyətin diqqətini bu sahəyə yönəldib.

Qeyd edək ki, Tovuz Gömrük Idarəsinin sərnişin şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Eldar Əhmədov və həmin şöbənin baş inspektoru Əmrulla Əmiraslanov Sınıq körpü gömrük postunda xidmətdə olarkən Azərbaycan Respublikasi ərazisinə müvəqqəti gətirilən nəqliyyat vasitəsini qanunvericiliklə müəyyən edilmiş depozitdən yayındırmaq məqsədi ilə avtomasını idarə edən şəxsdən 20 min rubl rüşvət aldıqlarına görə həbs edildikdən sonra DGK-nin Maliyyə və Təchizat İdarəsinin Maliyyə şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Natiq İmanovun da pensiya yaşına çatmış əməkdaşlara dövlət tərəfindən ödəniləcək birdəfəlik müavinətlərin vaxtından əvvəl verilməsini təmin etmək adı altında onlardan xeyli miqdarda pul vəsaiti almasına görə həbs edilməsi ciddi problemlərin mövcudluğunu üzə çıxardı. Belə görünür ki, DGK-nin məmurları ilə bağlı qalmaqallı məlumatlar bundan sonra daha da çoxalacaq.

Ähnliches Foto

"Azərtaym.az-a daxil olan bir məlumatda da söhbət gömrükdə növbəti qalmaqal olmağa iddialı şok xəbərdən gedir.İddiaya görə, DGK sədrinin 100/1185Ş saylı, 14 avqust 2018-ci il tarixli əmri ilə Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini təyin edilən Coşqun Mübariz oğlu Əhmədzadə yeni vəzifəsinin icrasına başlar-başlamaz ara verməli olub. Bunun səbəbi kimi isə Coşqun Əhmədzadənin xidməti otağında gömrük rəsmiləşdirməsi ilə bağlı yanına gələn bir iş adamı ilə aralarında münaqişə göstərilir. İddiaya görə, münaqişə tərəflər arasında davaya çevrilib və bunun nəticəsində Coşqun Əhmədzadə fiziki xəsarət alıb.

Bu məlumatı dərc etməzdən əvvəl Bakı Baş Gömrük İdarəsi rəisinin birinci müavini Coşqun Əhmədzadənin mövqeyini öyrənməyə çalışdıq. Telefon danışığı zamanı haqqındakı iddianı tamamilə təkzib edən Coşqun Əhmədzadə hazırda Gömrük Hospitalında qəfil xəstələnməsi ilə bağlı müalicə aldığını, səhhətinin artıq yaxşılaşdığını qeyd etdi.

Biz də öz növbəmizdə cəmi bir ay öncə yüksək vəzifəyə təyin olunmuş Coşqun Əhmədzadəyə can sağlığı arzulayaraq, haqqındakı iddianın daha ətraflı araşdırılmasına çalışacağımızı da bəyan edirik.




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}