İNK 3 yaşında: Rasim Məmmədov Fəxri Xiyabanı 2 minlik izdihamla ziyarət etdi

İNK 3 yaşında: Rasim Məmmədov Fəxri Xiyabanı 2 minlik izdihamla ziyarət etdi

 

Bu gün İNK-nın yaradılmasının 3 illiyi ilə əlaqədar, İNK ailəsinin bütün üzvləri, ictimai fəalları və vətəndaş cəmiyyətinin liderləri saat 10-30-da Fəxri Xiyabanda, daha sonra Şəhidlər Xiyabanında keçirilən mərasimlərdə iştirak etdilər. 
Əvvəlcə görkəmli dövlət xadimi, Azərbaycanın sabiq Prezidenti Heydər Əliyevin, sonra isə sabiq prezident Əbülfəz Elçibəyin məzarları ziyarət edildi.
Tədbir iştirakçılar bundan sonra Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş 20 noyabr 1991-ci ildə Qarabağ səmasında şəhid olmuş qəhrəmanların-Tofiq İsmayılovun, İsmət Qayıbovun, Məhəmməd Əsədovun və digərlərinin məzarları ziyarət olundu, tər qərənfillərlə yad edildilər.
Tədbir iştirakçıları daha sonra Şəhidlər Xiyabanını və Türk Qəhrəmanlığı şərəfinə ucaldılmış abidələri ziyarət etdilər.
Mərasimdə çıxış edən İNK-nin sədri Rasim Məmmədov rəhbərlik etdiyi təşkilatın yaranma zərurətindən danışdı: "Cənab prezident İlham Əliyev üç il əvvəl bəyan etdi ki, ölkədə ictimai nəzarət gücləndirilməlidir, bu, bizim demokratik cəmiyyət quruculuğunda inkişafımıza böyük kömək edəcək... Biz də Prezidentin bu çağırışına səs verərək İctimai Nəzarət Koalisiyasını təsis etdik... İndi sıralarımızda minlərlə könüllü, eləcə də Azərbaycanın görgkəmli ziyalıları, şəhid ailələri, müharibə qəhrəmanları, 70-dən çox QHT təmsil olunur...".
Mərasimdə Azərbaycanın tanınmış ziyalıları, rəsmi şəxslər, eləcə də Xalq artisti Ramiz Quliyev, Flora Kərimova, Niyaməddin Musayev, Məleykə Əsədova, sevimli şair Vahid Əziz... və sabiq millət vəkilləri, prokurorluq və DİN əməkdaşları, elm adamları... iştirak edirdilər.
Tədbirin sonunda İNK İH-nin sədri Rasim Məmmədov öz təşəbbüsü ilə mərasimə qoşulan hər kəsə minnətdarlığını etdi...


 

 

 



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}