BDYP RƏİSİ NAZİRƏ İSTEFA ƏRİZƏSİ YAZIB? – Açıqlama

BDYP RƏİSİ NAZİRƏ İSTEFA ƏRİZƏSİ YAZIB? – Açıqlama

 

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov istefası üçün Daxili işlər nazirinə raportla müraciət edib. Bu barədə bizimyol.info-ya daxil olan məlumatda bildilir.

Məlumata görə, 24 ildir bu vəzifəni daşıyan 67 yaşlı R.Zeynalov iyul ayında yaş həddinə görə vəzifəsindən azad edilməsi üçün müraciət edib. Amma general Ramiz Zeynalovun istefa istəyi qəbul edilməyib. Buna səbəb kimi isə Tovuzda "Aqropark”ın tikintisinin ona tapşırıldığı və tikinti başa çatmayınca vəzifəsindən gedə bilməyəcəyi iddia olunur.

Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Kamran Əliyev bizimyol.info-ya açıqlamasında bu məlumatı təkzib edib: "General Ramiz Zeynalovun vəzifəsindən azad edilməsi ilə bağlı nazirə raportla müraciət etməsi iddiası əsassızdır. Ramiz müəllim iş başındadır”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}