DİN-dən Hurriyyet.org-un yazısına reaksiya - Orxan Mansurzadə: “Tural Əsgərov və Elşən Hüseynov uzun müddət istintaqdan yayınıblar”

DİN-dən Hurriyyet.org-un yazısına reaksiya - Orxan Mansurzadə: “Tural Əsgərov və Elşən Hüseynov uzun müddət istintaqdan yayınıblar”

 

Sabunçu rayonunda kirayənişin yaşayan Əsgərov Tural Rizvan oğlunun şikayəti əsasındaHurriyyet.org saytında dərc olunan "Bakı sakini 1 ildir qanunsuz olaraq cərimə meydançasına aparılan maşınını qaytara bilmir” sərlövhəli yazıya Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə münasibət bildirib. O.Mansurzadənin fikirlərini olduğu kimi dərc edirik:

"Hurriyyet.org saytının 02.11.2018-ci il tarixli xəbər buraxılışında yerləşdirilmiş müraciətdə yaxın qohumuna məxsus «Mersedes-Bens» markalı 90 NX 693 dövlət nömrə nişanlı avtomobilin guya qanunsuz olaraq cərimə meydançasına aparılması və bir il ərzində həmin nəqliyyat vasitəsinin sahibinə qaytarılmasından imtina olunmasına dair paytaxtın Sabunçu rayonunda yaşayan Tural Əsgərovun iddiaları əsassızdır və həqiqətdən uzaqdır.

Əslində bu, müraciətədə əksini tapmış hadisənin mahiyyəti bilərəkdən təhrif edilmiş, onun şikayətçiyə sərf edən formada təqdimatından, ictmai rəyi çaşdırmaqdan, müəllifin də iştirakıyla törədilməsinə əsaslı şübhələr müəyyən edilmiş konkret cinayət əməlinə görə məsuliyyətdən sığortalanmaq cəhdindən başqa bir şey deyil.

Məlumat üçün bildirək ki, Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən, paytaxt sakini N.Kərimova məxsus torpaq sahəsinin Tural Əsgərov və tanışı Elşən Hüseynov tərəfindən qanunsuz zəbt edilməsi barədə toplanmış material əsasında 20.09.2017-ci il tarixdə Suraxanı RPİ-nin İstintaq Şöbəsində CM-nin müvafiq maddəsinə əsasən cinayət işi başlanılıb.

İstintaq zamanı N.Kərimov zərərçəkmiş şəxs qismində tanınaraq dindirilib, hadisə yerinə baxış keçirilib, şahid ifadələri alınıb, digər zəruri istintaq hərəkətləri yerinə yetrilib. Bundan əlavə, adıçəkilən şəxs özəl təhlükəsizlik xidmətlərindən biri ilə müqavilə bağlayaraq göstərilən ərazinin mühafizəsini həmin quruma həvalə edib.

26.10.2017-ci il tarixdə təxminən saat 23:00-da Elşən Hüseynov və Tural Əsgərov sözügedən torpaq sahəsinə gələrək, birincinin qardaşı Anar Hüseynovun etibarnamə ilə idarə etdiyi «Mersedes-Bens» markalı 90 NX 693 dövlət nömrə nişanlı avtomobili ərazini mühafizə etmək üçün xidmət aparan əməkdaşlar üçün qoyulmuş köşkün giriş qapısına sıxaraq saxlayıb və sonra hadisə yerini tərk ediblər. Həmin gün xidmətdə olan mühafizəçilər bu barədə aidiyyatı üzrə Suraxanı RPİ-nin 32-ci PB-nə məlumat veriblər.

Hadisə yerinə gələn polis əməkdaşları iki mühafizəçinin köşkdən çıxarılması məqsədilə avtomobili evakuator vasitəsilə ərazi üzrə avtomobil duracağına aparılmasını təmin ediblər. İddiaların əksinə olaraq, dəfələrlə müraciət edilməsinə baxmayaraq, Tural Əsgərov və Elşən Hüseynov "Mersedes”i duracaqdan nəinki götürməyiblər, əksinə, həm də uzun müddət istintaqdan yayınıblar. Bu ilin avqust ayının sonlarında cinayət işi xuliqanlıq əməli də daxil olmaqla Cinayət Məcəlləsinin bir neçə maddəsinə tövsif edilib, istintaqdan yayındıqları üçün hər iki şəxs barəsində axtarış elan edilib”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}