XİN Ukraynadakı səfirliyimizdə yoxlamalara başladı - 2,4 MİLYONLUQ TƏFTİŞ

XİN Ukraynadakı səfirliyimizdə yoxlamalara başladı - 2,4 MİLYONLUQ TƏFTİŞ

 

"Azərbaycanın Ukraynadakı səfirliyi ilə bağlı məsələ Xarici İşlər naziri Elmar Məmmədyarovun tapşırığı ilə araşdırılmaqdadır”.

Sozcu.info xəbər verir ki, bunu bakupost-a açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva bildirib.

L. Abdullayeva deyib ki, XİN-nin araşdırmasının nəticələri barədə ictimaiyyətə məlumat veriləcək:"Hələlik məsələ ilə bağlı Azərbaycanın müvafiq orqanlarına müraciət müzakirə mövzusu deyil. Hazırda Xarici İşlər Nazirliyi tərəfindən araşdırma davam edir”.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfiri Azər Xuduyev sabiq səfir Tələt Əliyevlə bağlı bu ölkənin Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciət edib.A. Xudiyev T. Əliyevi səfir olduğu dövrdə 2008-ci ildə səfirlik binasının təmirinə ayrılmış 2,4 milyon dollar vəsaiti mənimsədiyini, binanın təmir olunmadığını bildirib.Ukrayna Baş Prokurorluğu araşdırmalara başlayıb, sabiq səfirin Kiyevdəki evində axtarış aparılıb. A. Xudiyevi qərəzli olmaqda ittiham edən T. Əliyev isə Kiyevdə mətbuat konfransı keçirib, bu iddianı təkzib edib.

A. Xuduyevin Ukraynanın erməni əsilli Daxili İşlər naziri Arsen Avakova və Ukrayna Baş Prokurorluğuna müraciət etməsi cəmiyyətdə birmənalı qarşılanmayıb, tənqid olunub. Çünki səfirlikdə həqiqətən belə bir mənimsəmə faktı var idisə, ilk növbədə Azərbaycanın müvafiq orqanlarına, XİN-ə müraciət oluna bilərdi.

Xatırladaq ki, T. Əliyev 2001-2010-cu illərdə Azərbaycanın Ukraynada səfiri olub. Hazırda Azərbaycanlı Ağsaqqallar Birliyinə rəhbərlik edir.

 




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}