"Hökumətdəkilər yalançıdır, xalqdan istifadə edirlər, ancaq ciblərini doldururlar" - Partiya sədrindən ittiham

 

Azərbaycanın imkanları böyükdür, amma bu imkanlar bir qrup məmurun marağına xidmət edir. Xalq isə ağır durumda yaşayır.

Bu fikirləri Sozcu.info a açıqlamasında səsləndirən Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib ki, hökumət üzvləri ancaq öz maraqlarını güddükləri üçün ölkənin sərvəti xalqdan oğurlanıb:

"Bizim pullarımızın böyük hissəsi oğurlanaraq xaricə aparılıb. Başqa ölkələrə 0.5 faizlə kdredit verilir. Amma öz vətəndaşımıza 30 faizlə. Hələ üstəlik devalvasiyadan sonra yaranan borclar xalqın belini qırıb. Gürcüstan bizdən dəfələrlə kasıb ölkədir, amma orda camaatın borclarını silmək qərarı verilib. Ölkə başçısının dediyi kimi, Azərbaycanın imkanları böyükdür. Amma xalqı o imkanlara həsrət qoyublar. Yəqin ki, diqqət edirsiz. Hakimiyyətin içərisində kök salan məmurların işdən çıxarılandan sonra üzə çıxan sərvətləri onu göstərir ki, xalq niyə bu gündə yaşayır. Bu ölkənin sərvətini məmurlar hərə bir tərəfdə talayır. Bu hökumət millətin qədrini bilmir. Onlar dövlətə canı yananı da qiymətləndirmir. Bir dövlət başçısıdır, əlundən gələni edir, amma onun sərəncamları məmurlar tərəfindən müxtəlif bəhanələrlə, süründürməçiliklə icra olunmur”.

Partiya sədir son dövlər şəhid ailələləri ilə bağlı məsələyə də münasibət bildirib: 
"Qarabağ qaziləri, şəhidlərimiz, onların ailələri bizim üçün ən dəyərli şəxslərdir. Prezident 11 min manat ödəmənin verilməsi üçün sərəncam verib, amma bu məmurlar o pulu vermək istəmirlər. Əgər bu hökumət şəhid ailələrinin 11 min manatını verə bilmirsə, işləməyə mənəvi haqqı yoxdur. Məmurlar milyonlar, hətta milyardlar mənimsəyir, susurlar. Amma şəhid ailəsini 11 min manat vermək üçün min oyundan çıxırlar. 

"Qaçqınkom”un sabiq sədrinin 2 milyard mənimsəməsi ilə bağlı faktlar üzə çıxdı, amma hələ də baş nazirin müavinidir, "gözün üstə qaşın var” deyən yoxdur. Nazir şəhid ailələri ilə bağlı belə sərəncamların çox verildiyini deyirsə, o zaman başqa şərhə ehtiyac yoxdur. Bu adamlar artıq ölkə başçısının sərəncamlarını icra etməməyə adət ediblər. Bundan artıq xəyanətmi olar? Biz bütün gücümüzü dövlətiçiliyin qorunmasına səfərbər ediri, amma bunlar sanki milləti meydana çıxarmaq üçün əllərindən gələni edirlər”.

Hafiz Hacıyev bank kredirlərinin silinməsi ilə bağlı səslənə təkliflərlə bağlı da fikirlərini bölüşüb: 

"Bank-maliyyə sektorunda baş verənlər hər kəsə yaxşı bəllidir. Bu sahəyə rəhbərlik edənlər elə bir oyun qurdular ki, bir manat borclu olanlar, iki manat borclu oldu. Bundan böyük ədalətsizlik olmaz. Şəxsən mən bu hökumətdən xalqın xeyrinə heç bir addım gözləmirəm. Bu hökumətdəkilər yalançıdır, xalqdan istifadə edirlər, ancaq ciblərini doldururlar. Biz buna qarşı mübarizə aparırırq. bundan sonra da bu yolda geri durmayacağıq”.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}