Mir Şahindən ŞOK AÇIQLAMA: “O təyyarədə idim, Abel Məhərrəmov millət vəkili ilə birgə içki içdi…” - VİDEO

Mir Şahindən ŞOK AÇIQLAMA: “O təyyarədə idim, Abel Məhərrəmov millət vəkili ilə birgə içki içdi…” - VİDEO

 

BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun vəzifədən alınmasına səbəb olan məlum hadisə ilə bağlı tanınmış telejurnalist Mir Şahin olduqca maraqlı məqamları açıqlayıb.

Sozcu.info sözügedən süjeti və mətnini təqdim edir:

Bu gün vaxtınızı bir qədər çox alacam, deyəsən. İş elə gətirib ki, vaxtımın bir hissəsini sosial şəbəkələrdə keçirirəm və burada nə qədər təəssüflü və təəccüblü olsa da, milli mənəviyyatımızın bir sıra keyfiyyətlərini yenidən tanımağa başlayıram. Bütün pisliklərə sevinmək, bütün düşmənlərə əl çalmaq, praqmatik təhlil əvəzinə qarğış və alqış eləmək, doğruya inanmaq əvəzinə özünçün yəqinləşdirdiyinə biət eləmək... Ən qəribəsi də budur ki, bu yanaşma bizim milli genetik kodumuza işləməkdədir.

Əlbəttə, mən başa düşürəm, bura sosial şəbəkədir, burada anasından bezən, atasından küsən onminlərlə virtual sərgərdan dolaşır. Amma biz axı azərbaycanlıyıq. Məsələn, əməlli-başlı bir Madrid əsəri yaradıblar. Təfərrüata varmayacam, amma bəzi dəqiqləşdirmələrə ehtiyac var.

Ondan başlayaq ki, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov kifayət qədər nüfuzlu və elmi keçmişə malik adamdır. Hər adamın adını Azərbaycanda ata Norveç riyaziyyatçısı Nils Abelin şərəfinə qoymur.

Prezident bu gün onu rektorluqdan azad edib, əcəb edib, müstəsna səlahiyyətidir. Adi işçi qaydada bu baş verib. İndi isə rektorun işdən azad edilməsinə sevinən, onu, ona bulaşdırıb bütün Qafqazın şeyxini ələ salanlar guya abırlı hərəkət edir?

Sosial şəbəkələrdə bütün əxlaqının rentgen şəklini çıxaranlar, Madridə gedən təyyarədə mən və Real TV-nin çəkiliş qrupu olub. Hər şeyi deməyəcəm, sadəcə onu deyəcəm ki, bəli, Abel Məhərrəmov bir millət vəkili ilə Şeyxin də (Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə - red.) uçduğu təyyarədə spirtli içki qəbul edib. Həmin millət vəkilinin təkidi ilə. Və bu, o vaxt baş verib ki, Şeyx yerini tərk edərək təyyarədə istirahət otağına keçmişdi, vəssalam.

Abel Məhərrəmovun təyyarədə spirtli içki ilə münasibəti bu qədər olub. Bəli, qəbahətdir, Bütün Qafqazın şeyxini, dini liderini, ümumiyyətlə, din adamını aparan təyyarədə içkinin aparılması və qəbul edilməzi yolverilməzdir, doğru deyil, düz deyil!

Təyyarədə daşınanların qısa siyahısını isə sizə təqdim edirəm: gediş zamanı yükün ümumi çəkisi 680 kq olub, 37 sərnişin, 9 ekipaj üzvü, heyva və paxlava bağlamaları, Real TV və başqa prodakşın kampaniyaya məxsus çəkiliş avadanlıqları, ləvəngi, bankalarda mürəbbə, kampot, hədiyyəlik meyvə qabları, şəxsi baqajlar...

Geri dönüşdə 33 sərnişin, 9 ekipaj üzvü, zeytun yağları, az miqdarda spirtli içki. Onlar da sərnişinlərə aid olub. Adambaşına 1,5 litrə icazə var. Təxminən 55 litr viski, araq, çaxır və konyak.

Əlbəttə, bu siyahını mən oxuyuram və Şeyxin mindiyi təyyarədə spirtli içki daşıyan azərbaycanlılarımıza görə utanıram. Amma axı mən və başqaları da o təyyarədə idi. Deməli, millət vəkili və Abel Məhərrəmov içki qəbul edəndə ən azı etiraz edə bilərdik. Əgər etməmişiksə, demək, biz də günahkarıq. Ancaq Şeyx baqaj yoxlayan deyil ki! Bir də ki, bəzən köpək üçün nəzərdə tutulmuş baqajda adam da qaçırmaq mümkün olur - Emin Hüseynov yaxşı bilər!

Ona qalsa, Şeyxin uçduğu təyyarədə Abel Məhərrəmov Azərbaycanın təqdimatı əks olunduğu fləşkart da aparırdı. Abel Məhərrəmovu təndiq edənlər kimlərdir? Azərbaycana hər gün xəyanət edən sosial şəbəkə səfilləri, atası Bəxtiyar Vahabzadənin adına sığınaraq limitdən yan keçmiş səfir səfil İsfəndiyar və atası Osmanın adına sığınaraq limitdən yeyən və çoxdan bitirmiş sərgərdan Sevinc. Məncə, Abeli hər kim tənqid və təftiş eləsə də, onu hər gün Azərbaycana xəyanət edən belələri tənqid etməməlidir. Çünki onların etdikləri qat-qat ağırdır. Onların etdikləri hətta cinayətdir.

Azərbaycanın multukultural dövlət olaraq layəqətlə təşkilində iştirak etdiyi Madrid konfransının nəticələrini bir-iki, lap olsun, ağır qəbahətə görə bütünlüklə kölgə altına almaq olmaz. İllah da ona görə ki, belə konfranslar Avropa boyu hələ də davam edir. Bu saat kimlərsə öz aləmində "Naziri Əhmədlik” edib ağzına gələni yazdığı bir vaxtda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi Almaniyada Azərbaycanın Avropaya təqdim etdiyi azad iman zonasının daha böyük və sanballı təqdimatına hazırlaşır. Real TV sabah Berlindən birbaşa yayımlar təşkil edəcək. Abel Məhərrəmovun üzərinə gedənlər, Şeyxə altdan yuxarı əl atanlar bəlkə də daha yaxşı olardı ki, Azərbaycanı internet qaçaq-quldurlarından qoruyardılar. Və bütün bu proseslər Qarabağ məsələsilə bağlı Azərbaycana təzyiqlərin artdığı bir vaxtda baş verir.

Xarici İşlər Nazirliyimizin Amerika Birləşmiş Ştatları və Fransa ilə bağlı açıqladığı mövqeyi bir daha nəzərdən keçirin. Azərbaycan Qarabağı verməmək üçün az qala dünyanın bütün gücləri ilə baş-başa gəlir. Ali Baş Komandana, Prezidentə, İlham Əliyevə hər kəs öz əməyi, öz əməli ilə kömək etməlidir.

Azərbaycan bizimdir - özəl olaraq, dövlət mülkiyyəti olaraq, şəxsi mülkiyyət olaraq...”




Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}