Erməni məhsulları Səfər Mehdiyevin gömrüyündən necə keçir? - Şəxsi maddi maraqlar, dövlətin təhlükəsizlik maraqlarından üstündür?

 

Bakı mağazalarına ermənilərin istehsal etdiyi deyilən "Yessentuki” suları daxil olub. Dia.az-ın məlumatına görə, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzliyə ünvanlanmış müraciətdə deyilir ki, Rusiyadan ölkəmizə idxal edilən bu suların "Yessentuki” mineral sularına aidiyyatı yoxdur, etketləri saxtadır. Bildirilir ki, belə suları idxal edənlər AQTA-dan sertifikat alıblar.


Onu da bildirək ki, "Yessentuki” sularının istehsalı Rusiyada ciddi nəzarətdədir və istehsalı ilə cəmi bir holdinq məşğul olur.

Erməni məhsulları Səfər Mehdiyevin gömrüyündən necə keçir?

Təbii "Yesentuki” suları bir çox xəstəliklərin dərmanıdır. Ölkəmizə gətirilən saxta suların isə heç nəyə köməyi yoxdur. Belə ki, saxta DR,ESSENT/ TYPI ESSENTUKI suları Minvod şəhərində yerləşən ermənilərə məxsus sexdə buraxılır. "Vimbildan” isə süd məhsulları istehsal edir. Onların etiketi olan "Yesentuki” suyu adi qazlı sudur. Rəhbərləri Rostov şəhərindəndir. Digər saxta markalı "ESSENSKAYA RESEPT”-ə aldadıcı ad qoyulub. Təbii sulara dəxli yoxdur. Sayt qeyd edir ki, bu cür saxta məhsulları sifariş edən "Narzan” MMC-dir.

Erməni məhsulları Səfər Mehdiyevin gömrüyündən necə keçir?

Dia.az bildirir ki, burada diqqətçəkən əsas bir məqam isə ermənilərə məxsus malların Azərbaycan gömrüyünü hansı formada RƏSMƏN keçə bilməsidir. Hər halda ayıq-sayıq olduqlarını iddia edən Səfər Mehdiyevin işçilərinin bu məsələdə nədən tədbirsiz davranmaları anlaşılan deyil. Görünür, burada olan maddi maraqlar dövlətimiin milli və təhlükəsizlik maraqlarından daha üstündür. Hər halda müşahidə olunanı budur.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}