Qırğızıstan DGX-nin sabiq sədri Bakı aerportunda saxlanıldı

Qırğızıstan DGX-nin sabiq sədri Bakı aerportunda saxlanıldı

 

Qırğız Respublikasının hüquq-mühafizə orqanları tərəfindən "İnterpol” xətti ilə beynəlxalq axtarışa verilmiş bu ölkənin Dövlət Gömrük Xidmətinin sabiq sədri Adamkul Junusov Bakıda saxlanılıb.

Sozcu.info  xəbər verir ki, Qırğız Respublikası Cinayət Məcəlləsinin 304-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə axtarışda olan Adamkul Junusov Heydər Əliyev adına Beynəlxalq Hava Limanında tutulub.

Qeyd edək ki, A.Junusov bu ilin avqust ayında axtarışa verilib. O, 2013-2016-cı illərdə Qırğız Respublikasının Dövlət Gömrük Xidmətinin sədri vəzifəsində çalışıb.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}