Qazaxıstan və Azərbaycan ikili vətəndaşlığı olan şəxsləri müəyyən edəcək

Qazaxıstan və Azərbaycan ikili vətəndaşlığı olan şəxsləri müəyyən edəcək

 

Qazaxıstan ikili vətəndaşlığı olan şəxsləri müəyyən etmək üçün Azərbaycanla miqrasiya sahəsində saziş imzalamağı planlaşdırır.

Sozcu.info Zakon.kz saytına istinad edərək bildirir ki, bu haqda Qazaxıstanın Daxili İşlər naziri Kalmuxanbet Kasımov ölkə parlamentinin iclası zamanı məlumat verib.  

"Biz bu sazişi bağlasaq, informasiya mübadiləsi edəcəyik. Bizim hansısa vətəndaşımız Azərbaycana gedib vətəndaşlıq aldığı zaman bizə bu haqda məlumat daxil olacaq”, - deyə nazir bildirib.

 

Onun sözlərinə görə, Rusiya, Türkmənistan, Qırğızıstan, Ermənistan və Gürcüstanla da analoji sazişlərin imzalanması nəzərdə tutulur.



Oxşar Xəbərlər

Xəbər lenti


{sape_links}{sape_article}